2015-09-24
YUNESKO-da Azərbaycanın Qarabağ atüstü oyunu-çovqana həsr olunmuş sərginin açılışı

2015-ci il mayın 6-da YUNESKO-nun Baş Qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmiş Azərbaycanın Qarabağ atüstü oyunu-çovqana həsr olunmuş sərginin açılışı və məşhur  fransız yazıçı və ekspert, Jan-Lui Quronun müəllifi olduğu “Qarabağ atı” kitabının təqdimatı keçirilib.Tədbir 2015-ci il mayın 16-da YUNESKO-da keçiriləcək Avropa Muzeylər Gecəsi çərçivəsində keçirilib.

Tədbiri açan YUNESKO-nun Baş Direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez Heydər Əliyev Fonduna və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinə YUNESKO-da çovqana aid möhtəşəm sərginin keçirilməsinə görə öz təşəkkürünü bildirib. A.Perez Azərbaycan Respublikasının YUNESKO-nun 2003-cü il Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın implementasiyasında aktiv rolunu yüksək qiymətləndirib. Baş Direktorun müavini çovqanın 2013-cü ildə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilməsini Azərbaycan Hökumətinin qeyri-maddi irsin qorunmasına yüksək diqqətin göstəricisi kimi qiymətləndirib. 

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov qonaqlara Azərbaycanın ənənəvi Qarabağ atüstü oyunu-çovqana həsr olunmuş sərginin açılışında iştirak etdikləri üçün təşəkkürünü bildirib və qeyd edib ki,YUNESKO Avropa Muzeylər Gecəsində 7-ci dəfə iştirak edir və ilk dəfə Azərbaycan YUNESKO tərəfindən tədbirdə dəyərli qonaq qismində iştirak etməyə dəvət olunub. A.Kərimov çovqanın Azərbaycanlılarınözünə məxsusluğunun və mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Qədim Çovqan oyunun dahi Azərbaycan şairi Nizami Gəncəvinin, “Dədə Qorqud” dastanı və məşhur səyyahətçilərin yazılarında əks olunduğu qeyd edildi. Daimi Nümayəndə çovqanın Azərbaycanın Qarabağ bölgəsinin atları ilə əlaqədar olduğunu bildirib və qeyd edib ki həmin ərazilərin işğalı nəticəsində sözügedən at növünün artımı mürəkkəbləşib. Buna baxmayaraq, Qarabağ atlarının qorunması üçün Dövlət tərəfindən tədbirlər görülür və çovqanın  2013-cü ildə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilməsi onun qorunmasına əlavə təkan verib. Çovqan oyunun artıq Qarabağ ilə yanaşı ölkəmizin digər regionlarında da yayıldığı diqqətə çatdırıldı. A.Kərimov Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti və YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın Təşkilatın dəyərlərinin təşviqində və müxtəlif sahələrdə layihələrə göstərdiyi dəstəyi qeyd etmiş və sərginin keçirilməsində Heydər Əliyev Fondunun rolunu vurğulayıb. Daimi Nümayəndə“Qarabağ atı” kitabının müəllifi Jan-Lui Quroya gördüyü işə görə öz təşəkkürünü bildirdi.Çovqan oyunun özündə həm mədəni irs, həm də idmanı ehtiva etdiyini və bu iki elementin sülh və insanların yaxınlaşmasına xidmət eydiyini qeyd edən, Daimi Nümayəndə ölkəmizin bu sahədə konkret fəaliyyətlərini misal gətirib. Belə ki, bu yaxınlarda Bakıda Ümumdünya Mədəniyyətlərarası 3-cü Forum və sərgidə Çovqanla yanaşı yer alan iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunları haqda məlumat qonaqların diqqətinə çatdırılıb. 

Məşhur fransız yazıçı və ekspert, “Qarabağ atı” kitabının müəllifi Jan-Lui Quro çovqanın məhz Qarabağ atlarının üstündə oynadıldığını qeyd edib və onun YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs kimi tanınmasını Azərbaycan üçün böyük bir uğur olduğunu vurğulayıb. Qeyd edilmişdir ki, Azərbaycan Hökuməti tərəfindən Qarabağ atlarının qorunmasına və artmasına böyük qayğı göstərilir. Yazıçı Qarabağ atının dünyada 3 “təmiz qanlı” at növündən biri olduğunu vurğulayıb.

Çıxışlardan sonra sərgidə iştirak edən YUNESKO-da akkreditə olan Daimi Nümayəndələr, YUNESKO Katibliyinin təmsilçiləri, Fransa ictimaiyyətin və mass mediya nümayəndələri sərgi ilə tanış olub yazıçı Jan-Lui Quronun xatirə sözləri ilə “Qarabağ atı” kitabını əldə ediblər.   

növbəti xəbər əvvəlki xəbər