Çərçivə sazişi

Azərbaycan və YUNESKO arasında Çərçivə Sazişi                             

2013-cü il iyulun 18-də YUNESKO-nun Baş Direktoru İrina Bokova və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev tərəfindən və Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban Əliyevanın iştirakı ilə YUNESKO və Azərbaycan arasında elm, təhsil, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair Çərçivə Sazişi imzalanmışdır. 

Bərabərlik və qarşılıqlı fayda əsasında təsbit olunan Çərçivə Sazişi Azərbaycan və YUNESKO arasında elm, təhsil, mədəniyyət, kommunikasiya və informasiya sahələrində əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. 

Sazişə əsasən, YUNESKO Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi tərəfdaşına çevrilmişdir. 

Bununla əlaqədar, yuxarıda qeyd edilən sahələr üzrə birgə seçilmiş və YUNESKO tərəfindən həyata keçiriləcək layihələri maliyyələşdirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində Azərbaycan-YUNESKO Etimad Fondu (Fund in Trust) yaradılmışdır. 

Çərçivə Sazişinə uyğun olaraq, Azərbaycan Respublikası həmçinin YUNESKO-nun Gənc Peşəkar Əməkdaş Proqramına da qoşulmuşdur. Bu haqda müvafiq Saziş Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov  və YUNESKO Baş Direktoru İrina Bokova arasında 2014-cü ilin yanvarın 20-də imzalanmışdır.  

İndiyədək aşağıda göstərilən layihələrin Etimad Fondu vasitəsilə maliyyələşdirilməsi təsdiq olunmuşdur:

1.Qızların təhsili üzrə 3 layihə daha ətraflı 

2. İbn Sina (Avisenna) - Mərkəzi Asiyada Virtual Şəhərcik (Azərbaycan, Özbəkistan, Qırğızıstan) - Elm və texnologiya sahələrində müəllimlər üçün geniş miqyaslı proqram daha ətraflı   

3. Hər kəs üçün Təhsil üzrə bacarıqların inkişafı: Texniki və Peşə Təhsili və Təlim alt sektoruna Liberiyada dəstək (CapEFA proqramı çərçivəsində) daha ətraflı

4. “Davamlı İnkişaf üzrə qeyri maddi mədəni İrsin qorunması üzrə Banqladeş və Qvatemalada bacarıqların gücləndirilməsi” adlı layihəyə və 2013-cü il Konvensiyanın Katibliyinin insan resurslarının gücləndirilməsinə Azərbaycan Respublikasının töhfəsi daha ətraflı 

5. Dialoq, Müxtəliflik və İnkişaf üzrə İpək Yolu Onlayn Platforması daha ətraflı 

bakushop