İbn Sina (Avisenna) - Mərkəzi Asiyada Virtual Şəhərcik (Azərbaycan, Özbəkistan, Qırğızıstan) - Elm və texnologiya sahələrində müəllimlər üçün geniş miqyaslı proqram

Layihənin məqsədi. Proqram iştirakçı ölkələrdə ümumi təhsil sistemində keyfiyyətin təkmilləşdirilməsi və təhsil sisteminin müxtəlif səviyyələrində təhsildə informasiya və kommunikasiya texnologiyaları və virtual konsepsiyalar vasitəsilə təhsil resurslarının bölüşməsi üçün sistemin yaradılması məqsədini daşıyır.  

Gözlənilən nəticələr. 

•Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələrində elm və texnologiya sahələrində regional elektron tədris şəbəkəsinin yaradılması;

•3 İbn Sina elektron tədris mərkəzlərinin yaradılması;

•Şəbəkə üzrə məsul təlimçilər və texniki işçilərinin təlimi;

•Elektron tədris üzrə onlayn kursların yaradılması üzrə müəllimlər üçün təlimin yaradılması;

•Tədrisdə (qarışıq və məsafə tədrisi) yeni metod, material və fəaliyyətlər yaradılacaq