Ənənəvi Qarabağ atüstü oyunu Çovqan (2013)

Çovqan çeviklik və sakit temperamentin birləşməsi sayəsində Qarabağ atları üçün təyin edilən iki yarışan oyunçu komandası tərəfindən yastı otlu meydançada oynanılan ənənəvi atüstü oyundur. Hər bir komandanın iki müdafiəçidən və üç hücumçudan ibarət olmaqla, beş atlısı olur. Oyun meydançanın mərkəzində başlayır və oyunçular rəqin qapıya kiçik dəri və ya taxta topu salmağa çalışmaq üçün taxtadan hazırlanmış çəkiclərdən istifadə edirlər. Oyun müddəti iki mırhələdən ibarət olmaqla 30 dəqiqədir. Oyun “cəngi” adlanan instrumental xalq musiqisi ilə başlayır. Çovqan oyunçularının və məşqçilərinin hamısı yerli kişi fermerlər və bacarıqlı atlılardır. Onlar ənənəvi olaraq quzu dərisindən tikilmiş geniş papaqlar, hündür beli olan uzun kip üst geyimləri və xüsusi şalvarlar, corablar və ayaqqabılar geyinirlər. Bütün yaşlardan olan insanlar bu ənənəvi oyuna baxmaq üçün və komandalarına dəsrək olmaq üçün gəlirlər. Çovqan köçəri mədəniyyətdə kök salan və gündəlik həyatın ayrılmaz hissəsi kimi atçılıq anlayışı ilə əlaqədar olan bərabərlik hissini gücləndirir. Xüsusi Çovqan qaydaları, bacarıqları və texnikaları kollektiv təlim vasitəsilə təcrübəli oyunçulardan yeni başlayan oyunçulara ötürülmüşdür.

Müxtəlif qədim yazılar və keramikalar göstərir ki, idman uzunmüddətli tarixə malikdir. Məsələn, çovqan oyununundan bir hissəni əks etdirən rəsmli gəmi Oranqala  sahəsində arxeoloji qazıntılar zamanı tapılmışdır, dolayı yolla qeyd edilir ki, oyun 11-ci əsr müddətində Beyləqan şəhəri ətrafında mövcud olmuşdur. Çovqan oyununun adı həmçinin şair və mütəfəkkir Nizami Gəncəvi tərəfindən onun “Xosrov və Şirin” əsərində və “Kitabi Dədə Qorqud” dastanının səhifələrində çəkilmişdir.