Lahıc misgərlik sənəti (2015)

Lahıc misgərlik sənəti yalnız Lahıc qəsəbəsində mərkəzləşmişdir (xüsusilə də qəsəbənin “Misgər bazarı” adlandırılan Ağalı rayonunda). Lahıc qəsəbəsi Girdmançay Çayının sol sahilində 1375 metr hündürlükdə İsmayıllı rayonunda yerləşir. Qəsəbə Böyük Qafqazın cənub yamacında yerləşir. İnzibati baxımdan, Lahıc qəsəbəsinin (rəsmi olaraq –“şəhər-tipli qəsəbə”) özünüidarə müəssisəsi kimi öz bələdiyyəsi mövcuddur. Gündəlik həyatlarında mis məmulatlardan istifadə edən geniş insan icması Azərbaycan Respublikasının bir çox regionlarında yerləşir. Mis əridən usta tam prosesi kordinasiya edir və ustaya kömək edərək lazımi texnikaları öyrənən usta köməkçisi tərəfindən müşayiət edilir. Misgər-dəmirçi havanı sobalara vurur və nazik lövhələrdə əridilən misi əzir. Sənətkar daha sonra əzilən mis lövhələri cilalayır və hazır mis məmulatları naxışlarla bəzəyir. Prosesin bu son mərhələsi sahibkarın ənənəvi biliyini və mədəni dəyərlərini əks etdirərək ətraf mühitdə diqqət mərkəzi olan istifadə edilmiş dizaynlar kimi vacib olduğu deyilir. Usta mis məmulatların anbarlarda satişına görə və cəlb edilən digər misgərlərin işini qiymətləndirməyə görə məsuliyyət daşıyır. Ənənə ailələrdə atadan oğula ötürülür. Azərbaycanda müxtəlif ailələr mis məmulatlar almaq üçün Lahıca gəlir və onların sağlam qidalanmanın faydalarını artırdığına inanaraq onlardan öz gündəlik həyatlarında istifadə edirlər. Peşəkar ustaların fikrincə, bu ənənə əsas yaşayış mənbəyini təmsil edir və güclü birlik hissini və ictimai fəxr hissini təmin edir. Misgərlik sənəti həmçinin Lahıc icmasında ailə münasibətlərini gücləndirir və Lahıcın milli mənsubiyyətinin şəffaf göstəricisi olaraq başa düşülür.