Yayla çalınan simli musiqi aləti olan Kamançanın hazırlanması və ifaçılığı sənəti

Yayla çalınan simli musiqi aləti olan Kamançanın (‘kiçik yay’) hazırlanması və ifaçılığı sənəti 1000 ildən artıqdır ki mövcuddur. İran İslam Respublikasında və Azərbaycanda o, klassik və folklor musiqisinin əsas elementini təşkil edir və kamançada ifa geniş ictimai və mədəni toplantılarda mərkəzi yer tutur. Müasir təcrübəçilər xüsusilə at tükündən hazırlanan yaydan və korpusdan ibarət dörd simli kamançadan istifadə edirlər, ifaçılar fərdi şəkildə və ya orkestrin tərkibində ifa edirlər. Kamança sahibləri və təcrübəçilər sənətkarlardan, həvəskar və ya peşəkar ifaçılardan, müəllimlərdən və tələbələrdən ibarətdir. Kamança hər iki ölkədə musiqi mədəniyyətinin vacib bir hissəsidir, və musiqi aləti hazırlanarkən, yaşamaq üçün qazanmağın birbaşa mənbəyini ifadə edir, sənətkarlar həmçinin bu sənəti öz cəmiyyətlərinin qeyri-maddi mədəni irsinin güclü bir hissəsi kimi qəbul edir. İfaçılar öz musiqiləri vasitəsilə mifoloji mövzudan qnostik və komik mövzuyadək bir çox mövzuları dinləyicilərə ötürür. Hal-hazırda, Kamançanın hazırlanması və ifaçılığı həm ailələr daxilində həm də Dövlət tərəfindən maliyyələşdirilən musiqi müəssisə və məktəblərində tədris olunur. Mədəni orijinallığın təbliğində musiqinin əhəmiyyəti haqqında məlumat hər iki ölkədə cəmiyyətin bütün təbəqələrində nəsildən-nəslə ötürülür.