2020-02-12
YUNESKO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyası başlayıb.
Fransanın Paris şəhərində YUNESKO-nun baş qərargahında qurumun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyası başlayıb. 
Tədbirdə ölkəmizi mədəniyyət nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə etdiyi təmsil edir.
Sessiyada Komitə 2020-2021-ci illər üzrə iş planı, siyasi monitorinq və potensialın artırılması da daxil olmaqla, Beynəlxalq Mədəni Müxtəliflik Fondunun (IFDC) həyata keçirilməsi ilə bağlı fəaliyyətlərə dair qərar qəbul ediləcəkdir. 
Komitənin 10-cu çağırışı çərçivəsində IFDC tərəfindən maliyyələşəcək yeni layihələri təsdiqlənəcək, vətəndaş Cəmiyyəti Təşkilatlarının 2-ci Forumunun nəticələri və incəsənət nümayəndələrinin statusuna dair 1980-ci il tövsiyəsi ilə potensial birgə fəaliyyətlərə baxılacaqdır. 
Sessiya çərçivəsində bir çox mühüm mədəniyyət tədbirləri də həyata keçiriləcəkdir.
Qurumun Baş direktoru Odri Azule və rejissor Naomi Kavase, YUNESKO Nara kinematoqrafiya rezidenturasının yeni proqramı üçün seçilən 10 gənc Afrika qadın rejissorunun adlarını açıqlayacaqlar. Eyni zamanda, Komitənin işi və 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik arasındakı əlaqələri diqqətə çatdırmaq məqsədi ilə “Debatlar Yaratmaq/2030” (Create| 2030 Talk) adlı müzakirələr təşkil ediləcəkdir. Bu müzakirələr rəqəmsal mühitin yaradıcılığın məzmununa giriş və Beynəlxalq Mədəni Müxtəliflik Fondunun maliyyələşdirdiyi ilk layihələrin nəticələrinə rəqəmsal mühitin təsirinə həsr olunacaqdır. 
Qeyd edək ki, 2010-cu ildən Azərbaycan Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyasına qoşulub. 
2019-cu ilin iyun ayının 7-də Parisdə, YUNESKO-nun baş qərargahında keçirilən “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyasında 2019–2023-cü illər üçün Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiyanın Hökumətlərarası Komitəsinə keçirilən seçkilərdə Azərbaycan Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürüb və Komitəyə 4 illik üzv seçilib.
24 üzv ölkənin nümayəndələrini ildə bir dəfə hesabat xarakterli görüşə toplayan Hökumətlərarası Komitənin əsas funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.
Sessiya 14 fevral tarixinədək davam edəcəkdir. 
növbəti xəbər əvvəlki xəbər