news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 iyun 2026

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilmişdir

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyindən aldığımız məlumata əsasən, cari ilin 3-5 iyun tarixlərində Paraqvay Respublikasının Hernandarias şəhərində UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasının 38-ci sessiyası keçirilir. Azərbaycan sözügedən Şuranın üzvüdür.  

Sessiyada ölkəmiz Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyindən ibarət nümayəndə heyəti ilə təmsil olunur.  

Sessiya zamanı gündəlikdə duran bir sıra məsələlər ilə yanaşı, UNESCO-nun Dünya Biosferlər Şəbəkəsinə daxil edilməsi üçün 17 nominasiya faylı nəzərdən keçiriləcəkdir.

Sessiyanın 5 iyun tarixində keçirilən iclası zamanı Komitə üzvlərinin yekdil qərarına əsasən, Azərbaycanın “Böyük Qafqaz Biosfer Reservi” nominasiya faylı UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil edilmişdir.

Qeyd olunmaldır ki, sözügedən ərazi Azərbaycan tərəfindən Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil edilən ilk ərazidir. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti