Həsən Həsənli UNESCO-nun Qlobal Təhsil Koalisiyasının illik iclasında çıxış edib
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti 24 mart 2026-cı il tarixində UNESCO-nun mənzil-qərargahında keçirilən Qlobal Təhsil Koalisiyasının 6-cı iclasında iştirak edib.
Tədbir çərçivəsində Həsən Həsənli “Təhsildə Rəqəmsal Transformasiyanın Təsiri İmkanları” adlı nazirlər panelində çıxış edib. Nazir müavini “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində son illərdə əldə olunnuş nəticələr, rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslər və süni intellekt həllərinin təhsil sisteminə inteqrasiyası istiqamətində atılan addımlar barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd etmək lazımdır ki, Qlobal Təhsil Koalisiyası ilk dəfə 2020-ci ildə COVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərinin azaldılması məqsədilə yaradılmış, daha sonra isə fövqəladə hallarda təhsilin davamlılığının təmin olunması və təhsil sistemlərinin transformasiyasının dəstəklənməsi istiqamətində fəaliyyətini genişləndirmişdir. Hazırda 112 ölkədə fəaliyyət göstərən Koalisiya vətəndaş cəmiyyəti institutları, akademik dairələr və özəl sektor daxil olmaqla 220-dən çox institusional tərəfdaşı bir araya gətirir. Vurğulanmalıdır ki, 2021-ci ildə Azərbaycan Respublikası UNESCO-nun Qlobal Təhsil Koalisiyasına maliyyə töhfəsi verərək onun əsas donarlarından biridir.