news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 aprel 2026

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə G-77 və Çin Qrupunun növbəti plenar iclası keçirilmişdir

3 aprel 2026-cı il tarixində UNESCO-nun mənzil-qərargahında G-77 və Çin Qrupunun növbəti plenar iclası Azərbaycanın sədrliyi ilə keçirilmişdir. Tədbirdə qonaq qismində UNESCO-nun İcraiyyə Şurasının sədri, Qətərin UNESCO yanında Daimi nümayəndəsi, Nasser Bin Hamad Al Hinzab iştirak etmişdir.

Plenar iclas çərçivəsində üzv dövlətlərə UNESCO-nun İcraiyyə Şurasının 224-cü sessiyasının gündəliyi barədə məlumat verilmiş, həmçinin Qrupun İcraiyyə Şurasında aktiv iştirakı, eləcə də digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 iclasın açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev çıxış edərək, bu günki görüşün qarşıdan gələn önəmli iclaslar fonunda Qrup arasında koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd etmişdir.

 İcraiyyə Şurasının 224cü sessiyasını gündəliyində təşkilatın büdcə məsələlərindən tutmuş UNESCO 80 yol xəritəsinə qədər vacib məsələlərin olduğunu qeyd edən daimi nümayəndə E. Abdullayev, Bunların sadəcə prosedural məsələlər olmadığını; onlar getdikcə mürəkkəbləşən qlobal mühitdə Təşkilatın öz mandatını necə yerinə yetirə bilməsi üçün özünün mövqeyinin əsasını təşkil etdiyini diqqətə çatdırmışdır. 

İclas zamanı UNESCO-nun İcraiyyə Şurasının sədri çıxış edərək qarşıdakı sessiyanın prioritetləri və gözləntiləri barədə məlumat vermiş, üzv dövlətlərlə əməkdaşlığın və çoxtərəfli dialoqun əhəmiyyətini vurğulamışdır.

Eyni zamanda, plenar iclas çərçivəsində yeni təyin olunmuş səfirlər təbrik edilmiş, onların fəaliyyətində uğurlar arzu olunmuşdur.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti