news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 iyun 2025

UNESCO-nun mənzil qərargahında IV Beynəlxalq Çay Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə Fransa-Azərbaycan Dialoqu və Toğrul Nərimanbəyov assosiasiyalarının təşkil etdiyi Azərbaycan çay süfrəsi stendinin hazırlanmasına UNESCO yanında Daimi Nümayəndəlikdə qatılıb.

Azərbaycan stendinin ziyarətçiləri milli şirniyyatlarla çaya qonaq ediliblər.

IV Beynəlxalq Çay Günündə Qazaxıstan, Özbəkistan, Mərakeş, Türkiyə, Şri-Lanka, Çin, Monqolustan kimi bir çox ölkələr qatılıb.

Çay süfrələri hər ölkənin ənənələrinə uyğun şəkildə təşkil olunub. Tədbirdə Azərbaycan və Türkiyə çay stendləri daha çox diqqəti cəlb edib. Tədbirin bədii hissəsində iştirakçı ölkələrin milli musiqiləri ifa olunub.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti