Ümumi məlumat

AZƏRBAYCAN VƏ UNESCO

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Onun Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə isə 20 üzv-dövlətdən ibarət təşkilat öz rəsmi fəaliyyətinə başlamışdır.

BMT-nin bu ixtisaslaşmış orqanının vəzifələri müharibə nəticəsində dağıdılmış ölkələrdə sinif otaqları tikmək, yaxud elmi nailiyyətləri nəşr etməklə məhdudlaşmır. YUNESKO-nun fəaliyyəti daha ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlmişdir.

UNESCO-nun Nizamnaməsinin 1-ci maddəsində qeyd edilmişdir: “Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur”. Hal-hazırda 195 dövlət YUNESKO-nun üzvüdür. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO və s.) da müqavilə əlaqələrinə malikdir. YUNESKO 600-dən çox qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir.

YUNESKO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik.

Baş Konfrans UNESCO-nun ali orqanıdır. Konfransın iclasları iki ildən bir keçirilir və iclaslarda müxbir və həqiqi üzvlər, habelə üzv olmayan dövlətlərdən, hökumətlərarası və qeyri-hökumət təşkilatlarından, fondlardan müşahidəçilər iştirak edir. Əhalisinin sayından və ya büdcəyə verdiyi vəsaitin həcmindən asılı olmayaraq, hər üzv dövlət bir səsə malikdir. Baş Konfrans təşkilatın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

UNESCO-nun növbəti iki il üçün proqramlarının və büdcəsinin müəyyən olunması da Baş Konfransın səlahiyyətidir. O, həmçinin hər 4 ildən bir İcraiyyə Şurasının üzvlərini seçir və Baş Direktoru təyin edir. Baş Konfransda ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri işlənir.

İcraiyyə Şurası müəyyən mənada UNESCO-ya tam rəhbərliyi təmin edən orqandır. O, Baş Konfransın işini təşkil edir və onun qərarlarının düzgün icra olunmasına nəzarət edir. Şuranın funksiya və vəzifələri əsasən Nizamnamə ilə və Baş Konfransın qayda və direktivləri ilə müəyyən olunur. Baş Konfrans hər 2 ildən bir Şuraya konkret işlər tapşırır. Digər funksiyalar isə YUNESKO ilə BMT, ixtisaslaşmış qurumlar və hökumətlərarası təşkilatlar arasında imzalanmış razılaşmalardan irəli gəlir.

Şuranın 58 üzvü var və onlar Baş Konfrans tərəfindən, əsasən, təmsil etdikləri mədəniyyətlərin müxtəlifliyi və mənsub olduqları coğrafi məkan əsasında seçilir. İcraiyyə Şuranın iclasları ildə iki dəfə keçirilir.

Mənzil-qərargahı Parisdə yerləşən və daimi fəaliyyət göstərən orqan Katiblikdir. Burada YUNESKO-nun 170 dövlətinin vətəndaşı fəaliyyət göstərir. UNESCO-nun Baş Direktoru vəzifəsini 2009-cu ilin 15 noyabr tarixindən xanım İrina Bokova (Bolqarıstan) icra edir. Bundan əlavə YUNESKO Parisdəki qərargahından başqa özünün dünyanın müxtəlif ölkələrindəki regional büroları, institutları və mərkəzləri ilə geniş şəbəkəyə malikdir. Azərbaycan Respublikası YUNESKO-nun Moskva Bürosu ilə əhatə olunur.

Azərbaycan - UNESCO əlaqələri

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirmişdir. Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən YUNESKO ilə əməkdaşlıq etmək qərarına gələn Azərbaycan Respublikası 1992-ci iyulun 3-də həmin təşkilata daxil olmuşdur.

1993-cü ilin oktyabr ayında YUNESKO Baş Konfransının 27-ci sessiyasında Xarici İşlər Naziri Həsən Həsənovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak etmişdir. Nümayəndə heyətinin rəhbəri Azərbaycanın bu cür böyük əhəmiyyətə malik tədbirdə ilk dəfə iştirak etdiyini qeyd etmiş və Azərbaycan haqqında qısa tarixi arayış vermişdir. Ən mühüm olanı isə budur ki, sessiya zamanı Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi UNESCO-nun dahi şəxsiyyətlərin doğum günlərinin qeyd edilməsi siyahısına daxil edilmişdir. YUNESKO – Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım isə Azərbaycan Prezidenti Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişlər.

UNESCO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində sərəncam imzalamışdır. Sərəncama əsasən Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, Xarici İşlər Naziri onun sədri təyin edilmiş və eyni zamanda sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Bundan sonra Respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNЕSKО ilə Аzərbаycаn Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNЕSKО üzrə Аzərbаycаn Respublikasının Milli Kоmissiyаsı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən UNESCO üzrə Аzərbаycаn Respublikasının Milli Kоmissiyаsının yeni tərkibi müəyyənləşdirilmişdir. Hazırda Komissiyanın sədri Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovdur.

Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Azərbaycanın UNESCO əməkdaşlığı ilə bağlı gündəlik operativ iş Bakıda Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.

UNESCO-nun Baş Qərargahı Parisdə iki müxtəlif ofisdə yerləşir.

Ünvan: 7, place de Fontenoy, 75352 Paris 07 SP, France

1, rue Miollis , 75732 Paris Cedex 15, France

Tel: +33 1 45 68 10 00

Faks: +33 1 45 67 16 90

İnternet səhifəsi: www.unesco.org

 

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi

Ünvan: 1, rue Miollis, 75015 Paris

Tel: + 33 1 45 68 34 00; + 33 1 45 68 28 76/77/78/79/

Faks: + 33 1 43 06 05 47

E-mail: unesco@mission.mfa.gov.az

 

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası

Ünvan: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi,

Bakı şəhəri AZ-1009,

Ş.Qurbanov küçəsi 4

Tel: +(99412) 596 94 07

Faks: +(99412) 596 94 07

E-mail: unesco@mfa.gov.az

 

UNESCO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyeva

Azərbaycan YUNESKO ilə əməkdaşlığının inkişafı üçün böyük əmək sərf edilmişdir. Bu əməkdaşlıq yalnız ikitərəfli əlaqələr üzərində qurulmamış və ondan yalnız iki tərəf bəhrələnməmişdir. Azərbaycanın qədim və zəngin mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə çıxıb, ümumdünya mədəniyyətin bir parçası olmuşdur. YUNESKO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığı üçün şərait yaranmışdır. Bunun nəticəsidir ki, gənc Azərbaycan Respublikası təhsil, elm və mədəniyyət sahələrində müxtəlif ölkələrlə YUNESKO vasitəsilə və birbaşa onun özü ilə geniş təcrübə mübadiləsi apara bilmişdir.

Azərbaycan YUNESKO münasibətlərinin inkişafında, onların canlanmasında və güclənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz rolu olmuşdur. 2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülmüşdür.

İxtisasca həkim olan xanım Mehriban Əliyeva mədəniyyət, təhsil və idman sahəsində geniş fəaliyyət göstərir. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, xanım Mehriban Əliyeva ölkəsinin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərmişdir. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə xanım Mehriban Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürmüşdür.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərərə böyük dəstəyinə görə xanım M. Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür. 2010-cu ilin 30 iyul tarixində YUNESKO-nun Xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya YUNESKO-nun Baş Direktoru İrina Bokova tərəfindən Motsart medalı təqdim olunmuşdur.

Azərbaycan Respublikası UNESCO-nun aşağıdakı Konvensiyalarına qoşulmuşdur:

1. Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Birinci Protokol (1993) və İkinci Protokol (2000);

2. Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993);

3. Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 21 dekabr 1979-cu il Konvensiyası (1994);

4. Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il regional Konvensiyası (1995);

5. Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997);

6. Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında Konvensiya (1998);

7. Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konvensiyası (1997);

8. Başlıca olaraq su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq yerləri haqqında 2 fevral 1971-ci il Konvensiyası (2001);

9. Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz istehsalında mühafizəsi haqqında 29 oktyabr 1971-ci il Konvensiyası (2001);

10. Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (UNİDROİT) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003);

11. Qeyri-maddi mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006);

12. İdmanda dopinqə qarşı mübarizə haqqında 19 oktyabr 2005-ci il tarixli Beynəlxalq Kоnvеnsiyа (2007).

13. Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyası (2010)

Azərbaycan universitetlərində yaradılmış YUNESKO kafedraları

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası İnsan hüquqları, demokratiya və sülh kafedrası. Hazırda digər ali təhsil ocaqlarında YUNESKO Kafedralarının yaradılması istiqamətində iş aparılır.

Sahələr üzrə yaradılmış Milli Komitələr

1. Muzeylərin Beynəlxalq Şurası (İCOM);

2. Sosial Dəyişikliklərin İdarə edilməsi (MOST);

3. Beynəlxalq Hidroloji Proqram (İHP);

4. İnsan və Biosfer Proqramı (MAB);

5. Beynəlxalq Bioetika Komitəsi (İBC);

6. Beynəlxalq Musiqi Şurası;

7. Beynəlxalq Teatr İnstitutu.

UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində Azərbaycanla bağlı aşağıdakı hadisələrin qeyd olunması üzrə qərar qəbul edilmişdir:

1996 – Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi;

2000 - Kitabi Dədə Qorqud Dastanının 1300 illik yubileyi;

2001 - N.Tusinin anadan olmasının 800 illik yubileyi;

2002 – Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi;

2005 - Аzərbаycаnın görkəmli alimi аkаdеmik Yusif Məmmədəliyеvin 100 illik yubileyi;

2006 - Аzərbаycаnın məşhur rəssаm-хаlçаçı ustası Lətif Kərimоvun 100 illik yubileyi;

2008 - “Leyli və Məcnun” Operasının ilk tamaşasının 100 illik yubileyi;

2008 - Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin 100 illik yubileyi;

2009 - Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi.

2009 - Azərbaycan alimi, akademik Musa Əliyevin 100 illik yubileyi;

2013 – Üzeyir Hacıbəyovun Arşın Mal Alan musiqili komediyasının 100 illik yubileyi;

2013 – Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illik yubileyi;

2013 – Filosof və şair Seyid Yahya Bakuvinin (Şirvani) vəfatının 550 illik yubileyi;  

UNESCO çərçivəsində keçirilmiş tədbirlər:

  1. 1996 - Füzulinin anadan olmasının 500 illik yubileyi ilə əlaqədar tədbirlər;
  2. 1997 - texniki peşə təhsilinin problemlərinə dair;
  3. 1999 - tərcüməçilik problemlərinə dair;
  4. 2000 - Kitabi Dədə Qorqudun 1300 illik yubileyi ilə əlaqədar;
  5. 2001 - Qafqaz dövlətlərinin Pedaqoji ali məktəblərinin ikinci regional toplantısı;
  6. 2001 - N.Tusinin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar;
  7. 2001 - Mədəni irsin qorunmasına dair normativ aktlara həsr olunmuş beynəlxalq seminar;
  8. 2001 - “Rəqəmli ipək yolu” regional seminar;
  9. 2002 - XX əsrin ən mühüm hadisələri haqqında;
  10. 2002 - Mirzə Kazımbəyin 200 illik yubileyinə dair;
  11. 2003 - GUAM ölkələri arasında mədəni dəhlizə dair;
  12. 2003 - YUNESKO Türk Dövlətlərinin Kosmik Nəsil Forumu;
  13. 2003 - Professional fəaliyyətdə informasiya və kommunikasiya texnologiyalarının istifadə edilməsində professional təcrübənin artırılmasına dair seminar;
  14. 2004 - Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında konvensiyanın 50 illiyinə dair;
  15. 2004 - YUNESKO Assosiativ Məktəblər Şəbəkəsi (ASPnet) üzrə milli əlaqələndiricilər və bu şəbəkəyə daxil olmuş məktəblərin müəllimləri üçün “Keyfiyyətli təhsil təcrübədə” mövzusunda regional seminar;
  16. 2005 - “Аzərbаycаn təhsil sistemində islаhаtlаr” mövzusunda kоnfrаns, YUNЕSKО-nun Bаş Qərаrgаhı, Paris;
  17. 2005-ci il 5-6 mаy tаriхlərində YUNESKO-nun dəstəyi və Mədəniyyət Nаzirliyinin təşəbbüsü ilə Bаkıdа GUАM ölkələrinin mədəni siyasət üzrə Аvrоpа-Qаfqаz-Аsiyа Оbsеrvаtоriyаsının yаrаdılmаsı məqsədilə kоnfrаns keçirilmişdir;
  18. 2005 - 1-3 iyun, Bаkı, 8-ci Bеynəlхаlq Еnеrji, Еkоlоgiyа, İqtisаdiyyаt Kоnqrеsi;
  19. 2005-ci il 23-26 avqust tarixlərində YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura Azərbaycanda rəsmi səfərdə olmuşdur;
  20. 2005-ci il 24 avqust tarixində Bakı şəhərində “YUNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаns keçirilmişdir. Kоnfrаnsın sоnundа YUNЕSKО ilə Аzərbаycаn аrаsındа təhsil sаhəsində əməkdаşlığа dаir Qаrşılıqlı Аnlаşmа Mеmоrаndumu imzаlаnmışdır. Mеmоrаndumdа təhsildə bərаbər imkаnlаrın yаrаdılmаsı, infоrmаsiyа və kоmmunikаsiyа tехnоlоgiyаlаrının tətbiqi, təhsilin bütün pillələri üzrə kurrikulumun yеniləşdirilməsi və müəllimlərin iхtisаsаrtırmа sistеminin təkmilləşdirilməsi vаsitəsilə kеyfiyyətin аrtırılmаsı, bеynəlхаlq əməkdаşlıq şəbəkəsinini təşkili və digər əsаs priоritеtlər əks оlunur;
  21. 2005-ci ildə Аzərbаycаnın görkəmli alimi аkаdеmik Yusif Məmmədəliyevin аnаdаn оlmаsının 100 illik yubileyinin YUNESKO çərçivəsində qeyd olunması ilə əlaqədar Bakıda və YUNЕSKО-nun Bаş Qərаrgаhında (Paris) bir sıra tədbirlər həyata keçirilmişdir;
  22. 2006-cı il 16 yanvar tarixində Bakı şəhərində “İnformasiya Texnologiyalarının kitabxana işində tətbiqi və avtomatlaşdırma” mövzusunda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən beynəlxalq seminar keçirilmişdir;
  23. 2006-cı il 25-27 yanvar tarixlərində Bakı şəhərində Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən “Muzey menecmenti: Azərbaycan muzeyləri iqtisadi və sosial dəyişikliklərlə üz-üzə” adlı beynəlxalq konfrans təşkil olunmuşdur;
  24. 2006-cı il 15-16 mart tarixlərində YUNESKO-nun Baş Direktoru və onun müavinlərinin iştirakı ilə Təşkilatın Baş Qərargahında Xoşməramlı Səfirlərinin İllik Görüşündə YUNESKO-nun Xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir;
  25. 2006-cı il 5-11 mart tarixlərində Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə iki Norveç ekspertinin Azərbaycana səfəri təşkil edilmişdir. Səfərin nəticəsində ekspertlər tərəfindən YUNESKO-nun tələblərinə uyğun olan Tədbirlər Planını hazırlanmışdır;
  26. 2006-cı il 19 may tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən Azərbaycan Respublikası hökuməti ilə YUNESKO arasında “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri olan Azərbaycan muğamının qorunması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi layihəsi üzrə Saziş” imzalanmışdır;
  27. 2006-cı il 12-13 iyun tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən YUNESKO-nun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda inkluziv təhsilinin inkişafı” layihənin yekununa həsr edilmiş beynəlxalq konfrans təşkil olunmuşdur. Bir il müddəti olan layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün (əqli və fiziki cəhətdən qüsurlu uşaqlar) uşaq bağçalarında və ümumtəhsil məktəblərində tərbiyə və təhsil almaq imkanlarının yaradılması olmuşdur. Layihənin nəticəsi kimi 22 xüsusi qayğıya ehtiyacı olan uşaq Bakı şəhəri 80 saylı uşaq bağçası və 43 saylı məktəb liseyinə, eyni zamanda Sumqayıt şəhəri 66 saylı uşaq bağçası və 4 saylı məktəbdə tərbiyə və təhsil almağa cəlb olunmuşdur;
  28. 2006-cı il 19 oktyabr tarixində YUNESKO-nun Baş Qərargahında YUNESKO-nun 60 illik yubileyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan – sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer” adı altında Azərbaycan Günü keçirilmişdir;
  29. 2006-cı il 18-21 dekabr tarixlərində Bakı şəhərində Azərbaycan və YUNESKO arasında 2005-ci ildə imzalanmış təhsil sahəsində əməkdaşlıq üzrə Memorandum çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən YUNESKO-nun maliyyə dəstəyi ilə “Azərbaycanda peşə təhsilinin inkişafı” mövzusunda beynəlxalq seminar və “Azərbaycanın ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi” mövzusunda milli seminar təşkil edilmişdir.
  30. 2007-ci il 19 fevral tarixində YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramı çərçivəsində Parisdə, YUNESKO-nun Baş Qərargahında xalça ustası, xalq rəssamı Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” mövzusunda IV Beynəlxalq simpozium keçirilmiş, “Azərbaycan xalçası” sərgisi təşkil edilmişdir;
  31. 2007-ci il 21 fevral tarixində Azərbaycan Atatürk Mərkəzində Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası, Azərbaycan Atatürk Mərkəzi və BMT-nin İctimai İnformasiya Departamentinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili günü münasibətilə dəyirmi masa keçirilmişdir;
  32. 2007-ci il 27 aprel tarixində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyeva və Azərbaycanda səfərdə olan İSESKO-nun Baş Direktoru Əbdüləziz bin Osman əl-Tüveycri tərəfindən Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. 5 il müddətinə əməkdaşlığın əsas prinsiplərini tənzimləyən Protokol elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur;
  33. 2007-ci il 18 iyun tarixində Heydər Əliyev Fondunda YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında “Azərbaycanda peşə təhsilinin inkişafı” layihəsinin icra planına dair Saziş imzalanmışdır;
  34. 2007-ci il 18-19 iyun tarixlərində YUNESKO-nun maliyyə dəstəyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində “İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ombudsmanların imkanlarının inkişaf etdirilməsi” mövzusunda Ombudsmanların V Bakı Beynəlxalq konfransı keçirilmişdir;
  35. 2007-ci il 21 noyabr tarixində Biznes Mərkəzində VII beynəlxalq audiovizual festivalı zamanı "Muğamın ekranlaşdırılması" beynəlxalq layihənin çərçivəsində "Süni bənövşələr" və muğam ustası Fərqanə Qasımovanın həyat və yaradıcılığına həsr olunmuş "Düşüncələrlə keçən günlər" adlı filmlərin ilk baxışı keçirilmişdir;
  36. 2007-ci il 19 dekabr tarixində YUNESKO-nun Moskva Ofisi ilə imzalanmış müqaviləyə əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “GUAM ölkələrinin mədəniyyət siyasəti üzrə İnformasiya Observatoriyası” İnternet saytı yaradılmışdır;
  37. 2007-ci ildə YUNESKO-nun Moskva Bürosu və Milli Komissiya arasında bağlanılmış müqaviləyə əsasən “Azərbaycanda gənclərin vəziyyəti haqqında analitik hesabat” işıq üzü görmüşdür;
  38. 2007-ci ildə YUNESKO-nun maliyyə dəstəyi ilə “Azərbaycanın ənənəvi musiqi Atlası” internet saytı yaradılmışdır;
  39. 2008-ci il 14-16 may tarixlərində Bakıda “Gülüstan” sarayında Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfrans keçirilmişdir. YUNESKO-nun, Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin təşkilatçıları olduğu konfrans Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri xamım Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmişdir. Konfransda YUNESKO-nun baş direktoru Koiçiro Matsuura, YUNESKO-nun bir neçə xoşməramlı səfirləri, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri iştirak etmişlər;
  40. 2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirlər. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci xanımların Bəyanatı qəbul olunmuşdur;
  41. 2008-ci il 23 noyabr tarixində AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda YUNESKO-nun təsis etdiyi Ümumdünya “Fəlsəfə Günü”nə həsr olunmuş respublika elmi-nəzəri konfransı keçirilmişdir;
  42. 2008-ci il 28 noyabr tarixində isə AMEA Rəyasət Heyətində YUNESKO-nun himayəsi altında, “Dünya fəlsəfəsi” tədbirləri çərçivəsində “Dünya fəlsəfəsi kontekstində İslam bölgəsi fəlsəfəsinin tədqiqi və tədrisi problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir;
  43. 2008-ci il 28-29 noyabr tarixlərində YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının Daimi Katibliyi, YUNESKO-nun Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutu və AMEA-nın təşəbbüsü ilə “Strabon yolu Böyük İpək Yolunun bir hissəsi kimi” adlı beynəlxalq konfrans keçirilmişdir;
  44. 2008-ci il dekabr ayının 27-də Bakıda - dənizkənarı Milli parkda YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunan Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir;
  45. 2009-cu il 18-25 mart - Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Muğam Festivalı təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Bakıda rəsmi səfərdə olan (19-21 mart, 2009) YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura və dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər. Festival çərçivəsində elmi simpoziumlar, muğam ifaçılarının beynəlxalq müsabiqəsi və müxtəlif konsertlər təşkil edilmişdir;
  46. 2009-cu il 19 mart - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuuranı qəbul etmişdir. Azərbaycanda mədəniyyətlə bağlı həyata keçirilən layihələr barədə məlumat verən dövlət başçısı bu baxımdan Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır. YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfər etməsindən məmnunluğunu bildirmişdir.
  47. 2009-cu il 19 mart - Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyeva YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura ilə görüş keçirmişdir. Qeyri-maddi mədəni irsin qorunması sahəsində məqsədlərə nail olmaq məqsədilə Heydər Əliyev Fondu və Mehriban Əliyeva arasında Əməkdaşlıq haqqında Saziş imzalanmışdır. İmzalama mərasimdən sonra Baş Direktor xanım Mehriban Əliyevaya gümüş xatirə medalı təqdim etmişdir;
  48. 2009-cu il 19 mart - YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının təşkil etdiyi “Dəyirmi Masa”da iştirak etmiş, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının Sədri, Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov və Milli Komissiyasının digər üzvləri ilə görüşü keçirilmişdir;
  49. 2009-cu il 20 mart - Bakı şəhərində Müasir İncəsənət Muzeyinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və YUNESKO-nun Baş Direktoru K.Matsuura YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa etmişlər;
  50. 2009-cu il 20 mart - Novruz Bayramı münasibətilə Bakıda, İçəri Şəhərin qoşa qala qapıları qarşısında böyük mərasim təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura mərasimdə iştirak etmişlər;
  51. 2009-cu il 20-22 aprel – Bakı şəhərində Azərbaycanın muzey mütəxəssisləri üçün YUNESKO/İCOM “Muzey İdarəçiliyi-XXI əsr” Muzey Məşğələ Paketi əsasında Müasir Muzey İdarəçiliyi ilə bağlı Milli Məşğələ keçirilmişdir;
  52. 2009-cu il 14 may - Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı Səfirlərinin YUNESKO-nun Parisdəki mənzil qərargahında baş tutan illik görüşündə iştirak etmişdir. Görüş zamanı Heydər Əliyev Fondu tərəfindən təqdim olunan YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuuranın Azərbaycandakı görüşləri və fəaliyyəti haqqında film nümayiş olunmuşdur;
  53. 2009-cu il 21 may - YUNESKO üzrə Azərbaycan Milli Komissiyası, Muzey Mərkəzi və YUNESK-nun Moskva Bürosunun dəstəyi ilə Dialoq və tərəqqi naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü münasibəti və “Muzeydə bahar” aksiyası çərçivəsində Muzeydə Caz Gecələri keçirilmişdir. Mərasim zamanı YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinin I katibi Gunay Əfəndiyeva Dialoq və tərəqqi naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü münasibəti ilə YUNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuuranın məktubunu oxumuşdur;
  54. 2009-cu il 17-19 iyun – Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Aparatının təşəbbüsü ilə “ Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri” mövzusunda Ombudsmanların VII Bakı Beynəlxalq Konfransı keçirilmişdir;
  55. 2009-cu il 12-18 iyul – YUNESKO-nun 3 ekspertindən ibarət nümayəndə heyəti (Piter Tindemans, Eduardo Martinez və Vəfa Mustafayev) Bakıya Elm, Texnologiya və İnnovasiya Strategiyasının hazırlanması, habelə bu sahələrdə irəliləyişlərin əldə edilməsində yardım göstərmək məqsədilə səfər etdilər;
  56. 2009-cu il 19 iyun – Nazirlər Kabinetinin yanında İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə İçəri Şəhərin Konservasiyasına dair “Master Plan”na həsr edilmiş təqdimat mərasimi keçirilmişdir. “Master Plan” İçəri Şəhərin təhlükədə olan Ümümdünya İrsi Siyahısından çıxarılmasına dair ən vacib sənədlərdəndir. 2009-cu ilin 22 iyun tarixində Sevilya şəhərində keçirilmiş YUNESKO-nun Dünya İrs Komitəsinin 33-cü sessiyası zamanı qəbul olunmuş qərara əsasən, İçəri Şəhər Qoruğu YUNESKO-nun təhlükədə olan Ümümdünya İrsi Siyahısından çıxarılmışdır;
  57. 2009-cu il 25 sentyabr –YUNESKO-nun Moskva Bürosunun dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzinin “Rus Muzeyi: virtual filial” layihəsi çərçivəsində yaradılmış vebsaytın təqdimat mərasimi keçirilmişdir. “Rus Muzeyi: virtual filial” İnformasiya –Tədris Mərkəzi, onun fəaliyyəti, Muzey Mərkəzinin tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq proqramlarda iştirakı barədə məlumatları, həmçinin müxtəlif sərgiləri özündə əks etdirir;
  58. 2009-cu il 17 noyabr – “YUNESKO-da Azərbaycan Günü” çərçivəsində YUNESKO-nun mənzil qərargahında Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının digər hökumət orqanları tərəfindən bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, YUNESKO-nun Baş Qərargahında “Azərbaycan qadını: dünən, bugün və sabah” mövzusunda konfrans, Akademik Musa Əliyevin 100 illik illik yubileyinə həsr olunmuş elmi-simpozium və məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr edilmiş sərginin açılış mərasimi keçirilmişdir;
  59. 2009-cu il 14 noyabr - YUNESKO-nın Moskva Ofisi, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və AzərTac- ın təşkilatçılığı ilə “ Müasir iqlim dəyişmələri və Azərbaycan” mövzusunda seminar keçirilmişdir. Seminarın əsas məqsədi KİV nümayəndələri və onların vasitəsilə əhalinin qlobal iqlim dəyişikliklərinin əsas səbəbləri və onun Azərbaycandakı regional təsirləri ilə tanış etmək olmuşdur;
  60. 2009-cu il 3 dekabr - YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının nümayəndələri, hökumət rəsmiləri, AMEA, kütləvi informasiya vasitələrinin iştirakı ilə Bakıda, Muzey Mərkəzində Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Aşıq sənəti və Novruz Bayramının namizədlik fayllarının və aşıq sənətinə həsr olunmuş kitabça və kompakt disklərin təqdimatı keçirilmişdir. Diqqətəlayiq haldır ki, 2009-cu ilin 28 sentyabr-2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası Komitənin 4-cü sessiyasının qərarına əsasən, Azərbaycan Aşıq Sənəti və Novruz Bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir;
  61. 2010-cu il 20-28 fevral –YUNESKO-nun Texnoparklar üzrə eksperti cənab Malkolm Perri Bakıya səfər etmişdir. AMEA-nın bir sıra institutları ilə yanaşı, ekspert Sumqayıt Texnoloji Parkında da olmuşdur. Səfərin sonunda M. Perri YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasında görüş keçirmiş və STP tikinti sahəsindəki işləri yüksək qiymətləndirdiyini ifadə etmişdir;
  62. 2010-cu il 29 mart - Daimi Nümayəndəliyin təşəbbüsü ilə TÜRKSOY ilə əməkdaşlıqda Novruz konserti keçirilmişdir. Əflatun Nemətzadənin rejissorluğu ilə hazırlanmış konsert-tamaşada TÜRKSOY-un 4 üzv dövlətinin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə) və iki müşahidəçi dövlətin subyektlərinin (Rusiya – Tatarıstan, Başqırdıstan, Tuva; Moldova - Qaqauz) milli ansamblları iştirak etmişlər;
  63. 2010-cu il 28 aprel - Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova ilə görüşmüşdür. Görüş zamanı xanım Mehriban Əliyeva və xanım İrina Bokova təhsil və mədəniyyət sahələrində YUNESKO-nun layihə və fəaliyyətini genişləndirmək yollarını müzakirə etmişlər. Xanım İrina Bokova xanım Mehriban Əliyevanın YUNESKO-nun Xoşməramlı Səfiri kimi fəaliyyəti ilə bağlı məmnunluğunu bildirmiş və gələcək əməkdaşlığa maraqlı olduğunu bildirdi, habelə yaxın gələcəkdə Azərbaycana səfər etmək niyyətini ifadə etmişdir;
  64. 2010-cu il 20 may –“Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü”nə həsr olunmuş YUNESKO-nun “Mədəni Özünüifadə Müxtəlifliyin Qorunması və Təşviqi haqqında Konvensiya”nın Təqdimat Mərasimi keçirilmişdir. Təqdirəlayiq haldır ki, Azərbaycan bu Konvensiyaya 2009-cu ildə qoşulmuşdur və 2010-cu il iyun ayının 15-dən etibarən tamhüquqlu üzvdür. YUNESKO-nun Baş Direktoru Xanım İrina Bokova “Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü” münasibətilə məktubu bu mərasimdə oxunmuşdu;
  65. 2010-cu il 31 may YUNESKO-da İslam Konfransı Təşkilatının günü çərçivəsində “Mədəniyyətlərin yaxınlaşmasında islamın rolu” mövzusunda dəyirmi masa, mədəniyyət sərgisi və ziyafət təşkil edilmişdir. Ölkəmizin sərgidə milli incəsənət əşyaları və musiqi alətləri ilə yanaşı, xalçalar və Azərbaycan və onun zəngin mədəniyyəti, o cümlədən ölkəmizin Şərqlə Qərb arasında oynadığımız körpü rolu haqqında kitab və broşurlar nümayiş etdirilmiş, bəzi təbliğat materialları paylanılmışdır. Sərgidən sonra keçirilmiş ziyafətdə isə, ölkəmizin masası milli şirniyyatlarla (şəkərbura, paxlava və s.) təmsil olunmuşdur;
  66. 2010-cu il 1-10 iyun - YUNESKO-nun Moskva Ofisi və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşkilatçılığı ilə YUNESKO-nun Ölkənin Proqramlaşdırılması Sənədi (UCPD) çərçivəsində Şəki şəhərinin davamlı inkişafı üçün mədəni ehtiyatların səfərbər olunması üzrə sektorlararası layihəsi həyata keçirilmişdir. Bununla əlaqədar, Şəkiyə ilkin fakt-araşdırıcı missiya göndərilmiş, missiya beynəlxalq baş məsləhətçi Patrisio Jeretik tərəfindən həyata keçirilmişdir. Missiya regionda təbii irsin müxtəlifliyinin qorunması məqsədilə mədəni siyasətin dəstəklənməsi, habelə mədəni və ekoloji turizm, təhsil, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi məqsədi daşıyır;
  67. 2010-cu il 17-19 iyun – Azərbaycan “İnsan Hüquqları və Ətraf Mühit: İqlim Dəyişikliklərinin Qanuni və Etik aspektləri”nə dair Konfransa ev sahibliyi etmişdir. Konfrans Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən YUNESKO-nun Moskva Ofisinin dəstəyi ilə təşkil edilmişdir;
  68. 2010-cu il 22-24 iyun –YUNESKO-nun Baş Qərargahında Qeyri –maddi Mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının növbəti 3-cü sessiyası keçirilmişdir. Sessiyanın sonuncu günündə Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökümətlərarası Komitəyə keçirilən seçkilərdə Azərbaycan bu quruma üzv qəbul edilmişdir;
  69. 2010-cu il 28 iyul-2 avqust - YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəvətilə Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən Baş Direktor Müasir İncəsənət muzeyi ilə tanış olmuş, Muğam Mərkəzində olmuş, Xalça Muzeyinin binasının eskizi ilə maraqlanmış, YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhərdə olmuşdur;
  70. 2010-cu il 29 iyul - YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova YUNESKO üzrə AR Milli Komissiyasının üzvləri ilə görüşmüşdür;
  71. 2010-cu il 30 iyul - YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Qəbələdə İkinci Muğam Festivalının rəsmi açılışında iştirak etmişdir. Prezident cənab İlham Əliyev, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva da mərasimdə iştirak etmişlər;
  72. 2010-cu il 01 avqust - YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Azərbaycana səfəri çərçivəsində Şəki şəhərində olmuşdur. Baş Direktor Şəki xanlarının sarayında, Kiş kəndində yerləşən qədim alban məbədində, bölgənin ən iri sənaye müəssisəsi olan “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində, “Yuxarı Karvansara” mehmanxana kompleksində olmuşdur;
  73. 2010-cu il 27-29 sentyabr - Moskvada keçirilmiş Erkən Uşaq Qayğısı və Təhsili üzrə Ümumdünya Konfransın açılış mərasimində AR Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri M.Əliyeva iştirak etmişdir;
  74. 2010-cu il 18 noyabr - YUNESKO-nun dəstəyi və Rusiya Federasiyasının YUNESKO yanında Daimi Nümayəndəliyin təşəbbüsü ilə AR-in nanoelm üzrə ekspertlər qrupunun rəhbəri professor Eldar Şaxbazova “Nanotexnologiya və nanoelmin inkişafına töhfə” üzrə YUNESKO-nun müvafiq medal və diplomla təltif edilməsində iştirak edilmişdir;
  75. 2010-cu il 14 dekabr - AR Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri M.Əliyeva YUNESKO-nun 65 illik yubileyinin qeyd edilməsi çərçivəsində keçirilmiş təntənəli mərasimdə iştirak etmişdir;
  76. 2011-ci il - YUNESKO-nun xarici əlaqələr sektorunun nümayəndələri ilə keçirilmiş görüşlər nəticəsində YUNESKO-nun 2012-2013-cü illərdə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsi siyahısına Ü.Hacibəylinin “Arşın Mal Alan” musiqili komediyasının 100 illiyi, Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyi və Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi ilə bağlı yubileylər daxil edilmişdir;
  77. 2011-ci il 21 mart - AR Daimi nümayəndəliyin təşəbbüsü və rəhbərliyi altında beş ölkənin (Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Pakistan) iştirakı ilə Novruza aid folklor mahnı və rəqslərdən ibarət konsert təşkil edilmişdir. AR Baş Nazirinin müavini E.Əfəndiyev tədbirdə iştirak məqsədilə Parisə səfər etmişdir;
  78. 2011-ci il 19 aprel -  YUNESKO-nun Baş Direktoru İ.Bokovanın və AR Birinci xanımı Mehriban Əliyevanın himayəsi və iştirakları ilə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə "Jeunes talents d'Azerbaïdjan" (Azərbaycanın gənc istedadları) adlı gənc istedadların milli və müasir konsert proqramının və konsertdən sonra ziyafət təşkil edilmişdir;
  79. 2011-ci il 19-29 aprel - YUNESKO-nun Baş Direktoru İ.Bokovanın və AR Birinci xanımı Mehriban Əliyevanın himayəsi və iştirakları ilə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə "Tapis d'Azerbaïdjan d'hier et d'aujourd'hui" (Azərbaycan xalçası dünən və bu gün) adlı xalça sərgisinin təşkil edilməsi təmin edilmişdir;
  80. 2011-ci il 30 may - 03 iyun - YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası, Baş Direktoru təmsil edən Sosial və Humanitar Elmləri üzrə müavini xanım Pilar Alvarez-Lasonun iştirakı ilə, Bakıda keçirilmişdir;
  81. 2011-ci il 09 iyun - AR-in YUNESKO yaninda Daimi Nümayəndəsi, Səfir E.Hüseynova YUNESKO-nun “Cercle des delegues permanents” (Daimi nümayəndələr Klubu) -nun Prezidenti vəzifəsinə seçilmişdir;
  82. 2011-ci il 01 iyul - AR-in YUNESKO yaninda Daimi Nümayəndəsi, Səfir E.Huseynova altıaylıq müddətinə (01.01.2012 –dək) II –ci Elektoral qrupunun Sədri vəzifəsinə seçilmişdir;
  83. 2011-ci il 10-11 sentyabr - YUNESKO Baş Direktorunun Kommunikasiya və İnformasiya üzrə müavini Jānis Kārkliņšin Bakıda keçirilmiş Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində Bakıya səfər etmişdir;
  84. 2011-ci il 12 sentyabr - YUNESKO-da Xoşməramlı Səfirlərin illik iclasında AR Birinci Xanımı Mehriban Əliyeva iştirak etmişdir;
  85. 2011-ci il 25 oktyabr - 10 noyabr - Azərbaycan YUNESKO Baş Konfransının 36-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə aşağıdakı orqanlara dördillik müddətə yekdilliklə seçilmişdir:
  • Beynəlxalq Hidroloji Proqram üzrə Hökumətlərarası Şura (İHP) – 2011-2015
  • Kommunikasiyanın inkişafı üzrə Beynəlxalq Proqram üzrə Hökumətlərarası Şura (İPDC) – 2011-2015
  • Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitə (CİGEPS) – 2011-2015
  • Qeyri-qanuni mənimsənilən mədəni mülkiyyətin restitusiyası və mənsub ölkəyə qaytarılmasının təşviq edilməsi üzrə Hökumətlərarası Komitə (İCPRCP) – 2011-2015

Baş Konfrans zamanı ölkəmiz Konfransın Vitse-prezidenti, Etimadnamələr (Credentials Committee) Komitəsində Sədr müavini, Administrasiya Komissiyasında Sədr müavini və Namizədlik Komitəsində (Nomination Commitee) məruzəçi vəzifələrinə seçilmişdir;

  1. 2011-ci il 26 oktyabr - YUNESKO-nun Baş Konfransının 36-cı sessiyası çərçivəsində Sülh mədəniyyətinin yaradılması və davamlı inkişafa YUNESKO necə töhfə verir” mövzusu altında keçirilmiş Liderlər Forumunda AR Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın iştirak etmişdir;
  2. 2011-ci il 27 oktyabr - YUNESKO-nun Baş Konfransının 36-cı sessiyası çərçivəsində AR Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 50 min ABŞ dolları Haitinin Jakmel şəhərinin tarixi hissəsində yerləşən mədəni obyektlərinin bərpa edilməsinə həsr edilmiş YUNESKO və Azərbaycan arasında, Baş Direktorun strateji planlaşdırma üzrə müavini Hans Dorvil və YUNESKO yanında Daimi Nümayəndə, Səfir Eleonora Hüseynova tərəfindən, Saziş imzalanmışdır;
  3. 2011-ci il, 02 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə YUNESKO-nun iqamətgahında AR Daimi Nümayəndəliyin təşəbbüsü və Fransa Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində və AR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyi ilə Fransız və azərbaycanlı əlil uşaqların rəsm əsərlərindən ibarət "Le monde merveilleux des couleurs " sərgisindən və Daun sindromlu gənclərdən ibarət Fransanın “Teranga” və Azərbaycanın “Dəcəllər” rəqs və musiqi ansambllarının "Et que la musique soit!" konsert təşkil edilmişdir;
  4. 2011-ci il 12-13 dekabr - YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Konvensiyanın və 2-ci protokoluna qoşulan ölkələrin dördüncü iclası çərçivəsində Komitəyə yeni altı üzvün seçkiləri keçirilmişdir və Azərbaycan bu Komitəyə yekdilliklə  üzv seçilmişdir;
  5.  2012-ci il aprel - Azərbaycan Respublikasının Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə, beynəlxalq humanitar fəaliyyəti çərçivəsində, Heydər Əliyev Fondu tərəfindən Porto-Novo ş. (Benin) yerləşən Afrika İrsi Məktəbinin (EPA) inkişafı üçün Məktəbin Fonduna 50 min avro məbləğində töhfə verilmişdir;
  6. 2012-ci il 25-29 aprel - Heykəllər və Abidələrə dair Beynəlxalq Şuranın (İCOMOS) Nəzəriyyə Komitəsinin illik konfransı AR Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə Bakı şəhərində keçirilmişdir;
  7. 2012-ci il 27 aprel - YUNESKO-da Beynəlxalq Caz Günü münasibətilə bayram tədbirlərində, ölkəmiz tədbirin ən mühüm sponsorlarından biri olaraq, keçirilmiş Beynəlxalq Caz Günündə fəal iştirak etmişdir. Tədbirin bütün təbliğat materiallarında AR Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun loqoları yerləşdirilmişdir. Caz gününün improvizasiyalara həsr olunmuş hissəsində musiqişünas Turan Məmmədəliyevanın “Azərbaycanda caz” adlı təqdimatı keçirilmiş və bundan sonra, pianoçu Salman Qəmbərovun rəhbərlik etdiyi Bakoustik Jazz Qrupunun canlı ifası ilə 1930-cu ildə çəkilmiş “Lətif” adlı səssiz filmin səsləndirilməsi təşkil edilmişdir. İstedadlı gənc musiqiçimiz İsfar Sarabski prestijli axşam konsertində dünyada tanınmış caz ustaları (Herbi Henkok, Barbara Hendriks, Markus Miller, Corc Benson və d.) ilə birgə çıxış etmişdir;
  8. 2012-ci il 04-08 iyun - YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması haqqında 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası keçirilmişdir. Sessiyanın Prezidenti vəzifəsinə Səfir E.Hüseynovanın namizədliyi irəli sürülmüş və Səfir E.Hüseynova sessiyanın açılışında yekdilliklə iki il müddətinə Baş Assambleyanın Prezidenti seçilmişdir;
  9. 2012-ci il 04-07 oktyabr - Nümayəndəliyin təşəbbüsü ilə YUNESKO-nun Daimi Nümayəndələrdən ibarət Klubunun (Cercle des Delegues) üzvləri, YUNESKO yanında akkreditə olunmuş 14 ölkənin Daimi Nümayəndəsi, eləcə də təşkilatda müxtəlif qrupların rəhbərləri və aparıcı ölkələrin Səfirləri AR Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədilə ölkəmizə səfər etmişlər. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Birinci Xanımı, Xarici İşlər, Mədəniyyət və Turizm Nzirləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi M.Cabbarov ilə görüşlər  keçirmişlər;
  10. 2012-ci il 24 oktyabr - Azərbaycan Respublikasının Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə, Heydər Əliyev Fondu tərəfindən YUNESKO-nun  “Yerli səviyyədə davamlı inkişaf naminə yaradıcı iqtisadiyyat” mövzulu 2012-ci il üzrə illik hesabatının hazırlanması və nəşr edilməsi üçün YUNESKO-ya 50 min ABŞ dolları məbləğində maliyyə dəstək verilmişdir;
  11. 2012-ci il 29-31 oktyabr - AR Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş tədbirlər Bakı və Gəncə şəhərlərində təşkil edilmişdir. YUNESKO-nun Baş Direktoru İ. Bokova tərəfindən dahi şair Nizami Gəncəvinin dünya ədəbiyyatındakı mahiyyətini və onun əsərlərinin YUNESKO-nun təşviq etdiyi mədəniyyətlərarası dialoqa töhfə verdiyini nəzərə alaraq, YUNESKO bu yubileyin qeyd edilməsindən kənarda qalmamaq üçün xüsusi bəyanat təqdim edilmişdir;
  12. 2012-ci il 21 noyabr - Azərbaycan Respublikasının Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə məşhur tenor Placido Domingo YUNESKO-nun Xoşməramlı Səfiri təyin edilməsi ilə YUNESKO-da, “Təhsil hamı üçün” Beynəlxalq Forumunda iştirak edən bir çox ölkələrin Nazirlərinin iştirakı ilə, mühüm xeyriyyə tədbirinin keçirilməsinə 30 min avro məbləğində sponsorluq edilmişdir;
  13. 2012-ci il 22-23 noyabr - AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş və YUNESKO ilə ölkəmizin əməkdaşlığının 20 illik yubileyinə həsr olunmuş "YUNESKO və Azərbaycan mədəni əməkdarlıq: 20 il" adlı Konfrans Bakıda keçirilmişdir;
  14. 2012-ci il 03-07 dekabr - YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti yeddinci sessiyası keçirilmişdir. Ölkəmizi bu tədbirdə AR Mədəniyyət və Turizm Nazirinin müavini S.Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Komitənin sessiyasında təqdim etdiyimiz “Tarın hazırlanma və ifaçılıq sənəti” adlı nominasiya Reprezentativ siyahıya daxil edilməsi təsdiq edilmiş, ölkəmiz Qurumun sədri seçilmiş  və Komitənin növbəti səkkizinci sessiyasının Bakıda keçirilməsi qərara alınmışdır;
  15. 2012-ci il 20-21 dekabr - Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin növbəti yeddinci sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Komitənin Sədr müavini seçilmişdir. Bununla yanaşı, ölkəmiz tərəfindən gündəliyin səkkizinci bəndi altında işğal edilmiş ərazidə mədəni mülkiyyətin qorunması məsələsi ilə bağlı sənəd Komitə tərəfindən qəbul edilmişdir. Qərara əsasən Katiblik Komitənin gələn ilki sessiyasında təqdim edilməsi üçün işğal edilmiş ərazidə mədəni mülkiyyətin qorunması ilə bağlı Haaqa Konvensiyası və onun ikinci protokolunda əks olunan müvafiq müddəalarının həyata keçirilməsi və mexanizmlərlə  bağlı ətraflı sənəd hazırlamalıdır.

Azərbaycanın Mədəni və Təbii İrsi

Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi YUNESKO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Lakin, Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü il tarixində Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi YUNESKO-nun təhlükədə olan ümumdünya irs siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmişdir.

Nəticədə 2009-cu il iyun ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər Kompleksi YUNESKO-nun Təhlükə altında olan abidələr Siyahısından çıxarılmışdır.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın təbii irsinin qorunması məqsədi ilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.

1999-cu ildə Azərbaycanın muğam ustası Alim Qasımov YUNESKO/Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanmışdır.

2003-cü ilin noyabr ayının 7-də Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunmuşdur.

2008-ci ildə məşhur Azərbaycanlı bəstəkar və pedaqoq Firəngiz Əlizadəyə YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı verilmişdir.

Dünya mədəni irsinə verdiyi töhfələrə görə Azərbaycanın xalq rəssamı Tahir Salahov YUNESKO-nun "Pikasso" qızıl medalına layiq görülmüşdür. Mükafat 19 mart tarixində YUNESKO-nun Baş Direktoru Koişiro Matsuura tərəfindən fırça ustasına təqdim edilmişdir.

2009-cu il 28 sentyabr-02 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıyasına daxil edilmişdir.

2010-cu ilin 30 iyul tarixində YUNESKO-nun Xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya YUNESKO-nun Baş Direktoru İrina Bokova tərəfindən qızıl Motsart medalı təqdim olunmuşdur.

Arxiv üzrə axtarış