news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 oktyabr 2023

Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiya Bürosunun sədr müavini seçilib

2023-cü ilin 25-26 oktyabr tarixlərində UNESCO-nun Parisdəki mənzil-qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı keçirilib.

Konfransda Azərbaycanı gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Konfransın gündəliyinə əsasən, bu gün Konvensiyanın Bürosuna seçkilər keçirilib və nazir Fərid Qayıbov yekdilliklə Büronun sədr müavini seçilib.

Konfransda, həmçinin bu ilin iyun ayında ölkəmizin Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına ev sahibliyi etməsi, UNESCO-nun bir çox layihələrində fəal iştirakı və ümumiyyətlə təşkilata verdiyi töhfəsi həm üzv dövlətlər, həm də bütövlükdə təşkilat tərəfindən yüksək qiymətləndirilmişdir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti