news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 oktyabr 2022

Azərbaycanın təqdim etdiyi qərar layihəsi UNESCO-da yekdilliklə qəbul olunub

Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Fit For Life təşəbbüsünün həyata keçirilməsi və Fiziki Təhsil və İdman üzrə Nazirlərin və Yüksək Səviyyəli Şəxslərin 7-ci Beynəlxalq Konfransı (MINEPS VII)" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilmişdir.

61 ölkənin ko-sponsorluğu ilə Azərbaycan tərəfindən təqdim olunan qərar layihəsi haqqında danışan Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Fiziki Təhsil və İdman üzrə Nazirlərin və Yüksək Səviyyəli Şəxslərin 7-ci Beynəlxalq Konfransının 2023-cü ilin mart ayında Azərbaycanda keçiriləcəyini xatırladıb və ölkəmizin UNESCO-nun "Fit for Life" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən olduğunu nəzərə çatdırıb.

Qərar Layihəsinin əsas məqsədi pandemiyadan bərpa məqsədilə habelə dünyada gənclərin rifahını artırmaq üçün inklüziv və inteqrasiya edilmiş yol xəritəsi hazırlamaq, idmanda səfərbərliyi gücləndirməkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti