news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 noyabr 2022

“Münaqişədən iki il sonra Ermənistan Azərbaycanın mədəni irsini məhv etdiyinə görə ədalət qarşısında cavab verməlidir” – EU Reporter

Brüsseldə yerləşən Avropa multimedia xəbər platforması EU Reporter Azərbaycan Respublikasının UNESCO yanında daimi nümaynədəsi Elman Abdullayevin məqaləsini dərc edib.

“Münaqişədən iki il sonra Ermənistan Azərbaycanın mədəni irsini məhv etdiyinə görə ədalət qarşısında cavab verməlidir” başlıqlı məqalədə Azərbaycan ərazilərinin işğalı zamanı ölkəmizin mədəni irsinin dağıdılması, Azərbaycanın regionda uzunmüddətli sülh naminə çalışması, Ermənistandakı Azərbaycan mədəni irsinin cari durumunu qiymətləndirmək məqsədilə müvafiq missiyanın göndərilməsi ilə bağlı UNESCO-ya müraciət olunması kimi məsələlər barədə danışılıb.

Məqalə ilə (ingilis dili) aşağıda qeyd olunan keçid vasitəsilə tanış olmaq mümkündür.

https://www.eureporter.co/world/azerbaijan-world/2022/11/10/two-years-on-from-the-conflict-armenia-must-face-justice-for-its-destruction-of-azerbaijani-cultural-heritage/  

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti