news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 noyabr 2023

UNESCO-nun mənzil-qərargahında Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi qeyd olunacaq

 

2024-2025-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyəti, memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin anadan olmasının 900 illiyi və “Divani-lüğəti-türk”ün isə 950 illiyi qeyd ediləcək.

Hər iki tədbir UNESCO-nun Baş konfransının 42-ci sessiyasında müvafiq qərarla yubileylər siyahısına daxil edilib.

UNESCO 1956-cı ildən etibarən görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərini qeyd edir. İndiyədək Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, Seyid Yəhya Bakuvi, Yusif Məmmədəliyev, Mir Cəlal Paşayev, Musa Əliyev, Səttar Bəhlulzadə kimi dahi şəxsiyyətlərin, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının, “Leyli və Məcnun”, “Arşın mal alan” operalarının yubileyləri UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilib.

Yubileylər proqramı çərçivəsində keçirilən tədbirlər ölkəmizin zəngin mədəniyyətinin UNESCO tərəfindən tanınmasına və Azərbaycanın görkəmli şəxsiyyətləri və əlamətdar hadisələri barədə geniş auditoriyaya məlumatın çatdırılmasına imkan yaradır.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti