Yunesko Yubileylər proqramı

YUNESKO-nun Azərbaycan Respublikası tərəfindən qeyd edilən tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin yubileylərinə qoşulduğu siyahı

1995: Şair Füzuli (Muhammed ibn Süleyman) anadan olmasının 500 illik yubileyi

Türk ədəbiyyatının klassik məktəbin əsas xadimi. Onun poeziyaları Azərbaycan, Ərəb və Fars dillərində yazılmışdır.  Füzulinin şöhrəti böyük bir coğrafi sahə üzərində yerləşir, o cümlədən məhəbbət hekayəsi “Leyla və Məcnun”  məşhur olduğu İslam dünyasında

1998: Epik Azərbaycan əfsanəsi Kitab-i Dədə Qorqud Dastanının 1300 illik yubileyi

Prozada olan bir sıra nağılların  məcmusu və qədimdən qalan Oğuz epik nümunələri, tolerantlıq və humanizmin universal dəyərlərini təbliğ edən Azərbaycanın ən əlamətdar ədəbi əsərlərindən biridir. Əsər müdrik və bir çox nağıllarda olan əfsanəvi şəxsin adını daşıyır, Azərbaycan, Anadolu və Türk dünyasını əhatə edən şamanlıq dövrünə aid şair – sehrbazlara istinad edir. Bir çox dünya alimləri Kitab-i Dədə Qorqudun tarixi, ədəbi, linqvistik, etnoloji və folklor aspektlərinin təfsiri ilə məşğuldurlar.  Bu əsər  Oğuz tayfalarının, Türk dilli xalqların İslamdan əvvəl (beşinci və yeddinci əsrlər arasında) şah əsəri kimi səciyyələndirilir.

2001: Nasir ad-Din Tusinin anadan olmasının 800 illik yubileyi

Tanınmış astronom, riyaziyyatçı və filosof (1201-1272) günəş, ay və müxtəlif planetlərin  mövqeyini müəyyən etmişdir. O, triqonometriya və sferik həndəsə kimi elmlərə əhəmiyyətli töhfələr vermiş, tibb, etika,  hüquq və digər sahələrdə də xidmət göstərmişdir.

2002: Mirzə Kazım-Bəyin anadan olmasının 200 illiyi

Mirzə Kazım-Bəy (1802-1870) tərəfindən yazılan əsərlər dünya əhəmiyyəti kəsb edir. O, Rusiyada Şərqşünaslıq sahəsinin yaradıcılarından biridir. Kazan Universitetinin Şərqşünaslıq Fakültəsinin  Direktoru  və Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinin qurucusu və ilk dekanı olan, Mirzə Kazım Bəy K. Foygt, I. Berezin, N.İvanov, O. Kovalevski,  D. Mitchell,  V. Dittel və A. Popov kimi məşhur şərqşünaslarını təlim etmişdir. Mirzə Kazım bəy Parisdə yerləşən Asiya Cəmiyyəti (1850),  Amerikan Şərq  Cəmiyyəti (1851) və Amerika Fəlsəfə Cəmiyyətinin (1862) üzvü seçilmişdir.

2005:Yusif Məmmədəliyevin (1905-1961) anadan olmasının 100 illiyi

Yusif Məmmədəliyev (1905-1961) kimya sahəsində beynəlxalq tədqiqat inkişafına mühüm töhfə verən görkəmli alim idi. Belə ki, o, bir çox sintetik materialların sənaye istehsalı mümkün olan karbohidrogen halogenləşdirməsinin dünyada unikal bir metodunu kəşf etmişdir. O, həmçinin  çox yüksək keyfiyyətli aviasiya yanacağının əldə edilməsinin yeni bir prosesini  hazırlamışdır. Azərbaycan Elmlər Akademiyasının təsisçi və  prezidentlərindən biridir. Alim təhsil sahəsində mühüm fəaliyyət həyata keçirmiş və ölkənin ictimai həyatında əhəmiyyətli rol oynamışdır.

2006: Lətif Hüseyn Kərimov, xalça dizaynerin  və rəssamın (1906  - 1991) anadan olmasının 100 illiyi

Müasir Azərbaycanda ornamental və şəkilli xalçalarının inkişaf etdirilməsi böyük xalça dizayneri və xalq rəssamı Lətif Hüseyn Kərimovun adı ilə bağlıdır. Azərbaycan xalça sənətinin tarixçisi, xalça dizayneri və rəssam, Kərimov Azərbaycan və Şərq ədəbiyyatının, Naskh və Nastaliq üslubları üzrə virtuoz bir bilici idi. Ənənəvi bəzək sənətinin dərin biliklərini istifadə edərək, yeni dekorativ motivlər yaratmışdır.  Kərimov 1967-ci ildə Bakıda açılan Azərbaycan Xalça və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini təsis etmişdir. O, həmçinin Bakıda 1983-cü və 1988-ci ildə müvafiq olaraq YUNESKO-nun sponsorluğu ilə keçirilən iki beynəlxalq simpoziumların “Şərq Xalça İncəsənəti” və “Azərbaycan xalça sənətinin” təşkilinə cəlb edimişdir. O, dekorativ tətbiqi incəsənət sahəsində geniş tədqiqat həyata keçirirdi. Onun yaradıcılığı və bilikləri  Azərbaycan mədəniyyətinin yayılmasında böyük bir əməyi olub və o,  Şərqin ən məşhur ziyalılarından biri hesab edilir.

2008: Şərqdə ilk operanın 100 illik yubileyi: “Leyli və Məcnun”

“Leyli və Məcnun” Operası 12 yanvar 1908-də Bakıda Tağıyev teatrında birinci dəfə nümayiş olunmuşdur. Bu əsər “Müsəlman Şərqində ilk opera”  kimi səciyyələnir. Ölməz sevgi əsasında olan süjet, “Romeo ve Julyet” əfsanəsi ilə müqayisə oluna bilər, baxmayaraq ki “Leyli və Məcnun” şifahi ənənəsi min illər əvvəl yaradılmış bir dastandır.  Bu operanın  bəstəkarı Üzeyir Hacıbəyovdur (1885-1948). Operanın premyerasında onun 22 yaşı var idi. O və onun kiçik qardaşı Ceyhun (1891-1962) Azərbaycan şairi Füzulinin (1480-1562)  “Leyli və Məcnun” poeması əsasında libretto yazmışlar. “Leyli və Məcnun” operası öz orijinal formasında ifa edilən ənənəvi Azərbaycan muğamlarına əsaslanır. Operanın bütün seqmentlərində bəstəkar emosional təsirdən asılı olaraq, xüsusi muğamlar səsləndirməyə çalışır. Mahur-Hindi, Segah, Çahargah, Kürd-Şahnaz, Bayatı-Şiraz, Şüştər, Bayatı-kürd, Şəbi-Hicran və Qatar adlı muğamlar bu operada nümayiş olunurlar.

2008: Geoloq Musa Əliyevin (1908-1985)anadan olmasının 100 illik yubileyi

Musa Əliyev geologiya, paleontologiya və biokimya sahələrdə görkəmli alim idi  və onun əsərləri dünya elmin inkişafına öz töhfəsini vermişdir. Onun əsərləri tək Azərbaycanda yox, Meksika, Misirdə  və Livanda nəşr edilmişdir.

2008: Yazıçı Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasının 100 illiyi

Mir Cəlal Paşayev (1908-1978) yazıçı həm də  ədəbiyyatşünas kimi tanınır. Sovet bürokratiyanın satiriki və Azərbaycanın ən istedadlı qısa hekayə yazıçısı idi. Bakı Dövlət Universitetinin ədəbiyyat professoru, və yüzlərlə qısa hekayələrin müəllifidir. Onun yetmiş kitabı çap olunub.  Bir sıra kitabları  Fransız, Alman, Çex, Fars və İngilis dillərinə  tərcümə edilmişdir. O, həmçinin “Azərbaycan ədəbiyyatının tarixi “ üç cildli kitabın  (1957-1960) həm-müəllifidir. Onun ən tanınmış kitabları:  Dirilən Adam (1936), Bir Gəncin Manifesti  (1938), Yolumuz Hayanadır? (1957) və  Yaşıdlar (1984).  

2009:  Rəssam Səttar Bəhlulzadənin (1909-1974) anadan olmasının 100 illik yubileyi 

Səttar Bəhlulzadə (1909 - 1974) müasir Azərbaycan peyzaj rəssamlığının banisidir. O, Bakıda Milli İncəsənət İnstitutunda (1927-1931) öz professional təhsilinə başladı. 1933-cü ildə Moskva İncəsənət İnstitutunun Rəssamlıq şöbəsində təhsil almışdır. Öz emosional  hissiyyatlarını  ifadə etmək üçün impressionist üslubunu yaratdı. Bəhlulzadə öz işlərini  böyük lirik mənzərə rəsmləri  və doğma ölkənin təbiətinin şəkilləri kimi təsvir edirdi. Onun əsas istedadı peyzajlar çəkmək idi. O, doğma ölkənin - Azərbaycanı səyahət etmək və onun gözəlliyini kəşf etməyə çox sevirdi. Onun əsərlərinin bir çoxu Azərbaycanın xüsusi sahələrini təsvir edir. Səttar Bəhlulzadə çox mükafatlar qazandı.  O, 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olundu və 1963-cü ildə Xalq artisti adlandırılmışdır. Onun əsərləri bütün dünyada nümayiş olunub,  o cümlədən ABŞ, Böyük Britaniya, Türkiyə və Rusiyada şəxsi sərgilər daxil olmaqla. O, həmçinin həyat və sənət haqqında öz fikirlərini ehtiva edən 30 gündəlik eskizlər yaratmışdır.

2013: Üzeyir Hacıbəylinin “Arşın mal alan” (1913) musiqili komediyasının 100 illik yubileyi

“Arşın mal alan” Azərbaycan bəstəkarı, milli bəstəkarlıq məktəbinin banisi və Şərqdə ilk operanın müəllifi olan Üzeyir Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyasıdır. O, 1913-cü ilin yayında Sankt-Peterburqda komik opera janra yaxın olan “Arşın Mal Alan” əsərini tamamladı. Obrazların dərinliyi  və inkişaf səviyyəsi bu əsərin bir böyük və innovativ musiqi və səhnə forması edir.

2013: Şairə Məhsəti Gəncəvinin (12ci əsr) nailiyyətlərinin 900 illik yubileyi  

Məhsəti Gəncəvi 12-ci əsrdə  Gəncədə (Azərbaycan) doğulmuş bir şairə idi. O,  Şərqin ədəbiyyatı və musiqisinə yaxın olan bir təhsil almışdır. Məhsəti Gəncəvi yalnız onun dövründə tanınan məşhur rübai yazıçısı olmaqla yanaşı daha sonra da tanınan bir şairə olmuşdur. Onun yaradıcılığının ən məhsuldar  dövrü Sultan Mahmud Səlcük və əmisi Sancar Səlcükün sarayında keçib. Məhsəti Gəncəvi  rübailəri əsasən fars dilində yazırdı. Sevgi süjeti onun yaradıcılığında əsas yer tutur. Rübailər dünyəvilik, humanizm, epicurism və nikbinliyi ilə yadda qalıb. Məhsəti Gəncəvi sevgini  bir kövrək təbii hissi kimi təsvir edir. Şairə dini xurafatına, ikiüzlülük, mühafizəkarlığa etiraz bildirir və  insanın mənəvi azadlığını qoruyur. Onun şerləri xalqın, xüsusilə də qadının, azad və xoşbəxt həyatı, romantik arzularını əks etdirir.

2013: Filosof  və şair Seyid Yəhya Bakuvi (Şirvani) (ca.1390s-1463) vəfatının 550-ci ildönümü   

Bir mühüm sufi hərəkəti olan Xəlvətiyyə təriqətinin təsisçisi, təriqət dərvişlərin ciddi ritual təlimi, fərdi zahidlik və tənhalıq kimi prinsipləri ilə məşhur idi. Filosof təsis etdiyi təriqət dünyaya  yayılmışdır. Hal-hazırda, onun məqbərəsi  Ümumdünya İrs olan İçərişəhərdədir.

2014: Musiqişünasızlıq Maqased al-Alhan adlı toplusunun 600 illik yubileyi (c.1414) (Azərbaycan Respublikası və Türkiyənin dəstəyi ilə)

Maqased al-Alhan  musiqişünasızlıqda məşhur sənəd və yuxarıda qeyd edilən dövrdə ənənəvi musiqiyə istinad kitabıdır. Kitab Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya daxil olmaqla, geniş bir regionu əhatə edir. Bu əsər Azərbaycanlı əsilli görkəmli musiqişünas Əbdülqadir Mərəğayi (1360-1435) tərəfindən yazılmışdır.

2014:  filosof və alim Əhməd Əl-Bərdicinin vəfatının 1100-cü ildönümü (834-914)

Əhməd Əl-Bərdicinin yaradıcılığı dini ənənə və dialoqa mənsubdur və İslam tarixşünaslığı, hüquq və etikasına təkan vermişdir. İslam tarixşünaslığının işıqlandırılması və ümumdünya etik prinsiplərinin təbliğ edilməsi müxtəlif dinlərarası qarşılıqlı anlaşmanın gücləndirilməsinə qulluq etməlidir. YUNESKO-nun yubileyə dəstəyi onun təşkilatın əsas missiyalarından biri ilə uyğun olduğundan irəli gəlir yəni, mədəniyyətlərarası dialoqu təbliğ etmək və mədəni ifadə etmək müxtəlifliyin qorunması. 

2014: Yazıçı və dramaturq İlyas Əfəndiyevin (1914-1996) anadan olmasının 100 illik yubileyi 

80-dan çox roman, esse və digər əsərlərin müəllifi olan İlyas Əfəndiyev beynəlxalq aləmdə tanınmış yazıçıdır. Onun sənəti həyatın həqiqətləri, sosial və ailə məsələləri, nəsillər arası münasibətlər, eləcə də problemlərin həllinə həsr olunub. İlyas Əfəndiyevin irsi yaşayır və müxtəlif institut və mərkəzlərdə araşdırılır. Yubileyin keçirilməsi mədəni müxtəliflik, tolerantlıq və insanlar arası hörmət prinsiplərini təbliğ edən görkəmli yazıçı və şairin nümunəsidir.  

2015: “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyi (Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın YUNESKO üzrə milli komissiyaları və daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə).

Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Rusiya Federasiyası.
Dədə Qorqud 13-14-cü əsrlik epik tarixində bütün Türk dünyası üzrə əfsanəvi ata obrazı hesab olunur. Dədə Qorqud hekayələri nəsildən-nəsilə mədəniyyətin, sosial həyat tərzinin və İslamdan öncəki kodekslərin və köçəri Türk tayfalarının etiqadlarının simvolu kimi cəmiyyətin irsi şəxsiyyətini, etik dəyərlərini, prinsiplərini və ənənələrini ifadə edir. Kitabın hekayəsi Türk dövlətlərinin və cəmiyyətinin ümumi mədəni irsinin vacib hissəsini təşkil edir. 18-ci əsrin əvvəlindən etibarən Dədə Qorqud Kitabı Fransız, İngilis və Rus dillərinə tərcümə edilmişdir. 1815-ci ildə Dədə Qorqud eposunun Alman dilində tərcüməsini hissə-hissə nışr etdirən H.F. Von Diez Drezdenin Kral Kitabxanasında tapılan əlyazmaya əsaslanmışdır, bununla da Dədə Qorqudun Qərbdə məşhur olduğu məlum olmuşdur. Başqa 200 illik qədim surət Vatikan Arxivlərində saxlanılır.

 

2017: Şair Nəsiminin ölümünün 600-cü ildönümü (1369-1417) (Qazaxıstanın, İranın və Türkiyənin dəstəyi ilə)

Dahi şair Azərbaycan, Fars və Ərəb dillərində böyük və dəyərli bədii irs qoyub getmişdir. Onun poeziyası əsrlər boyunca Azərbaycanın, eləcə də Osmanlı Türk poetik dillərinin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Sərbəst mənəvi seçim ideyaları və ümumi sevgi prinsipi sərhədləri aşaraq, hər bir insanda gizli olan Allah obrazını axtararaq şairi tolerantlığa yönəltmişdir.

Bu mənada onun aydın dil və ən mücərrəd və germetik metaforların mürəkkəb qarşılıqlı təsiri ilə yanaşı, əzmkarlığı, daxili cəsurluğu bu şəxsiyyəti İslam poeziyasında və dünya ədəbiyyatında görkəmli şəxslərdən birinə çevirmişdir. Nəsiminin ölümü əsrlər boyunca humanist idealar üçün cəzaya məruz qalma simvolunu ifadə edir.   

Nəsiminin həyat və poeziyasının regionda bütün humanist dəyərlərinin kompleks inkişafına əhəmiyyətli təsir göstərdiyini nəzərə alaraq, xatirə aksiyaları YUNESKO-nun qarşılıqlı anlayış, tolerantlıq və sülh mədəniyyətinin təbliğatı üzrə missiyasına yardım edəcəkdir.

 

2017: Cənabi Qafqaz regionunda Alman koloniyalarının 200-cü ildönümü (Şvab Almanlarının Azərbaycana və Gürcüstana miqrasiyası) (Almaniyanın dəstəyi ilə, Azərbaycan və Gürcüstan)

Alman sakinlərinin Azərbaycan və Gürcüstanda təntənli qarşılanmasından başqa, Azərbaycan, Gürcüstan və Almaniyada xatirə aksiyaları ilə qeyd ediləcək  bu ildönümü müxtəlif mədəni və dini mənşələrdən olan xalqlar arasında əlaqənin və yaranan qarşılıqlı təsirin müvafiq aspektini əks etdirir. Qloballaşan və sülh içərində yaşamaq üçün çoxsaylı çətinliklərlə üzləşən müxtəlif cəmiyyətləri nəzərə alaraq, bu bayram digər tərəfə açıqlıq, tolerantlıq və hörmət barədə güclü bir mesajdır. Bu, YUNESKO-nun Birləşmiş Millətlər Təşkilatının aparıcı agentliyi olan Mədəniyyətlərin Yaxınlaşması üzrə Beynəlxalq Onilliyinin (2013-2022) məqsədlərini əks etdirərək, daha çox qarşılıqlı anlaşma və sülh üçün mədəniyyətlərarası və dinlərarası dialoqu artırmağa kömək edəcək.

 

Arxiv üzrə axtarış