2020-02-18
Azərbaycan 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini seçilib
11-14 fevral 2020-ci il tarixlərində Fransanın Paris şəhərində keçirilmiş Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsinin 13-cü sessiyası çərçivəsində növbəti 14-cü sessiyanın Bürosunun yeni tərkibi müəyyən edilmişdir.
Beləliklə, ölkəmiz Konvensiyanın Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini vəzifəsinə seçilmişdir.
14-cü sessiya isə 2021-ci ilin 2-5 fevral tarixlərində YUNESKO-nun Baş qərargahında keçiriləcəkdir.