2021-11-10

Azərbaycanın UNESCO üzrə Milli Komissiyası Milli Komissiyaların 8-ci regionlararası iclasında iştirak edib

Paris şəhərində UNESCO-nun mənzil qərargahında qurumun Baş Konfransının 41-ci sessiyasından əvvəl UNESCO üzrə Milli Komissiyaların 8-ci regionlararası iclası keçirilib.

Ölkəmizi Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev və ikinci katib Eltay Aslanov təmsil ediblər.

İclasda noyabrın 9-da başlayacaq UNESCO Baş Konfransının əsas məqsədlərinin icrası ilə bağlı, eləcə də təşkilatın 75 illik yubileyi ilə əlaqədar milli komissiyalar tərəfindən görülmüş işlər və gələcək perspektivlər müzakirə olunub.

UNESCO Milli Komissiyaların 8-ci regionlararası iclasının bürosunun Prezidenti və Vitse-prezidentləri seçilib. İclasda təhsilin gələcəyi, etika və süni intellekt, açıq elmlərin əhəmiyyəti, kommunikasiya və informasiya sahələrində mümkün yeni fəaliyyətlər müzakirə olunub.

 

Arxiv üzrə axtarış