2021-11-23

UNESCO: Azərbaycan nümayəndəsi Təhsil Komissiyasının sədr müavini seçilib

UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində Təhsil Komissiyasının sessiyaları keçirilir.

Təhsil Komissiyasının sessiyalarında ölkəmizi Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov təmsil edib.

Sessiya çərçivəsində Azərbaycan nümayəndəsi, eləcə də Böyük Britaniya, Hindistan və Liberiya nümayəndələri UNESCO Təhsil Komissiyasının sədr müavinləri seçiliblər.

Növbəti sessiyada UNESCO-nun 2020-ci il Dayanıqlı İnkişaf üçün Təhsil Proqramının həyata keçirilməsi, 2022-2025-ci illər üçün Proqram və büdcə layihəsinə baxılması və qəbulu, eləcə də Afrika Prioriteti üçün əməliyyat strategiyasının layihəsi (2022-2029) müzakirə olunacaqdır.

Arxiv üzrə axtarış