2021-11-23

Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib

Azərbaycan UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib.

Sessiya çərçivəsində qurumun İcraiyyə Şurası üzvlüyünə seçkilər keçirilib. Azərbaycan UNESCO-nun ikinci seçki qrupundan qurumun İcraiyyə Şurası üzvlüyünə namizədliyini irəli sürüb.

Noyabrın 17-də UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan 143 səs toplayaraq İŞ-ya üzv seçilib.

Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə də UNESCO İcraiyyə Şurasının üzvü olub.

Arxiv üzrə axtarış