2021-11-30

Azərbaycan UNESCO-nun İcraiyyə Şurasının üzvü qismində İŞ-nın 213-cü sessiyasında iştirak edib

26 noyabr 2021-ci il tarixində Azərbaycan UNESCO-nun İcraiyyə Şurasının üzvü olaraq İŞ-nın 213-cü sessiyasında iştirak edib.

Sessiyada UNESCO-nun Baş direktoru Odri Azuley və UNESCO Baş Konfransının 41-ci sessiyasının sədri, Braziliya Federativ Respublikasının UNESCO yanında daimi nümayəndəsi  Santiaqo İrazabal Mourao iştirak ediblər.  

Sessiya çərçivəsində 2021-2023-cü illər üzrə İŞ-nın sədri vəzifəsinə seçkilər keçirilib və 58 İcraiyyə Şurasının üzvündən 56-sının dəstəyi ilə Serbiyanın UNESCO yanında daimi nümayəndəsi Tamara Rastovak-Siamaşvili İŞ-nın sədri seçilib.

Daha sonra İŞ-nın yeni bürosu təsdiqlənib və beləliklə, sədr müavinləri, Şuranın tərkib hissəssi olan Komissiya və Komitələrin rəhbərləri və tərkibləri müəyyən edilib.

Ölkəmiz aid olduğu Şərqi Avropa ölkələri qrupundan Şuranın Xüsusi Komitəsi və Konvensiyalar və Tövsiyələr Komitəsinin üzvü seçilib.

Arxiv üzrə axtarış