2021-12-14

Parisdə ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsi hörmət və ehtiramla anılıb.

Fransadakı səfirliyimizin və UNESCO yanında Daimi Nümayəndəliyimizin birgə təşkilatçılığı ilə Ulu Öndərin xatirəsinə həsr edilmiş virtual konsert olub.

Konsertdən əvvəl Fransadakı səfirimiz Rəhman Mustafayev çıxış edərək, ümummilli lider Heydər Əliyevin həyat yolu və zəngin dövlətçilik fəaliyyəti haqqında məlumat verib.

Sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş konsert olub. Timur Abdikeyev (bariton), Albertin Obert (skripka), Səidə Zülfüqarova (piano), Ağarəhim Quliyev (fleyta), Səddam Novruzbəyov (balaban) Azərbaycan və xarici bəstəkarların musiqilərini səsləndiriblər.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş çıxış və konsert Fransadakı səfirliyimizin feysbuk səhifəsindən birbaşa yayımlanıb.

Arxiv üzrə axtarış