İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı proqramları 2018 – 2023
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli, 3457 nömrəli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli, 3567 nömrəli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramları təsis edilmişdir.
Təhsil qrantları proqramının şərtlərinə əsasən illik əsasda hər bir proqram üzrə 20 əcnəbi tələbəyə (beləliklə, hər iki proqram üzrə birlikdə 40 nəfər) təhsil qrantının ayrılması nəzərdə tutulur. 5 il müddətində davam edəcək proqramlar çərçivəsində ümumilikdə 200 əcnəbi tələbə təhsil qrantı əsasında Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alacaq. Verilən təhsil qrantının məbləğinə təhsil haqqı, aylıq təqaüd xərcləri (viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, zəruri tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, ildə bir dəfə ölkələrinə gediş-gəliş) və ilkin tibbi yardım daxildir.
2018-2019-cu tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 14 ölkənin, Qoşulmama Hərəkatı üzrə isə 15 ölkənin ümumilikdə 40 vətəndaşı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.
Hazırda aşağıdakı ölkələrin vətəndaşları təhsil qrantı proqramları çərçivəsində Azərbaycanda təhsil alırlar.
Qoşulmama Hərəkatı üzrə: Çili, Eritreya, Efiopiya, Keniya, Qambiya, Lesoto, Mavriki, San Tome və Prinsipi, Svazilend, Şri Lanka, Özbəkistan, Tailand, Timor-Leste, Vanuatu, Uqanda
İslam Əməkdaşlıq Təşkilatı üzrə: Əfqanıstan, Fələstin, Livan, Malayziya, Maldiv, Misir, Mavritaniya, Mərakeş, Nigeriya, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Yəmən
2019-2020-ci tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 19 ölkənin və Qoşulmama Hərəkatı üzrə 20 ölkənin, ümumilikdə 40 vətəndaşı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır:
İslam Əməkdaşlıq Təşkilatı üzrə: Benin, Cibuti, Çad, Əfqanıstan, Əlcəzair, Fələstin, İndoneziya, İordaniya, İraq, Qazaxıstan, Qəmər adaları, Mali, Misir, Mozambik, Niger, Pakistan, Somali, Sudan, Tacikistan
Qoşulmama Hərəkatı üzrə: Antiqua və Barbuda, Belarus, Butan, CAR, Efiopiya, Ekvador, Honduras, Kamboca, Keniya, Kolumbiya, Monqolustan, Namibiya, Nepal, Seyşel adaları, Tailand, Tanzaniya, Vyetnam, Yəmən, Zambiya
2020-2021-ci tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 17 ölkənin və Qoşulmama Hərəkatı üzrə isə 18 ölkənin ümumilikdə 39 vətəndaşı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır:
İslam Əməkdaşlıq Təşkilatı üzrə: Banqladeş, Cibuti, Çad, Əfqanıstan, Əlcazair, Fələstin, İndoneziya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Malayziya, Mərakeş, Özbəkistan, Somali, Sudan, Tacikistan, Yəmən
Qoşulmama Hərəkatı üzrə: Efiopiya, Filippin, Qambiya, Qana, Liberiya, Malavi, Maldiv, Mali, Mavritaniya, Mərkəzi Afrika Respublikası, Myanma, Niger, Peru, Sent-Kits və Nevis, Surinam, Tailand, Tanzaniya, Zambiya
2021-2022-ci tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 19 ölkənin və Qoşulmama Hərəkatı üzrə isə 18 ölkənin ümumilikdə 40 vətəndaşı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır:
İslam Əməkdaşlıq Təşkilatı üzrə: Əlcəzair, Benin, Kamerun Çad, Cibuti, Egypt, Qambiya, İndoneziya, İordaniya, Qırğızıstan, Liviya, Maldiv adaları, Mozambik, Nigeriya, Pakistan, Fələstin Türkiyə, Özbəkistan
Qoşulmama Hərəkatı üzrə: Anqola, Antiqua və Barbuda, Butan, Botsvana, Burundi, Konqo Respublikası, Efiopiya, Honduras, Namibiya, Peru, Sent-Vinsent və Qrenadinlər, Syerra-Leone, Somali, Sudan, Esvatini, Toqo, Yəmən, Zambiya, Zimbabve
Təhsil qrantı proqramlarına qəbul üzrə elana keçid
Azərbaycanda təhsil alan məzun əcnəbi tələbələrlə müsahibə
Məndə: AIDA