2022-04-26

Azərbaycanın namizədi UNESCO-nun ekspert qrupuna seçilib

1974-cü il Beynəlxalq Anlaşma, Əməkdaşlıq və Sülh üçün Təhsil və İnsan Hüquqları və Əsas Azadlıqlarla bağlı Təhsil üzrə Tövsiyənin (1974-cü il Tövsiyəsi) yenilənməsi ilə əlaqədar UNESCO-nun Baş direktoru tərəfindən Ad hoc Beynəlxalq Ekspert Qrupu təsis olunmuşdur.

UNESCO Katibliyindən daxil olmuş məlumata əsasən, Azərbaycan Respublikası tərəfindən namizədliyi irəli sürülmüş AR Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu həmin ekspert qrupuna seçilmişdir.

 

Arxiv üzrə axtarış