2022-09-21

Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun iclası keçirilib

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci ildə üçüncü iclası keçirilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin sədrlik etdiyi iclasda Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrin səfirləri, daimi nümayəndələri iştirak ediblər.

İclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə Elman Abdullayev QH ölkələrinin UNESCO-ya yeni təyin olunmuş səfirlərini salamlayaraq, onlara işlərində uğurlar arzulayıb.

Daha sonra cairi ilin iyun ayında keçirilmiş iclasdan sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirdiyi işlərdən danışılıb.

QH ölkələrinin səsinin UNESCO platformasında daha yaxşı eşidilməsi üçün, İcraiyyə Şurasında QH ölkələrinin səfirlərinin Koordinasiya Qrupunun yaradılması xatırladılaraq bildirilib ki, 2022-ci ilin oktyabr ayında keçiriləcək İŞ-nın 215-ci sessiyası zamanı Hərəkat üzvlərinin maraqlarına uyğun olaraq, Sədr tərəfindən müəyyən mövzular üzrə çıxışlar ediləcəkdir. Bir sıra səfirlər qeyd olunan təşəbbüsü təqdir edərək dəstəklərini ifadə edib.

İclasda həmçinin ötən iclasın hesabatı dinlənilib və qəbul olunub.

İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.

 

 

Arxiv üzrə axtarış