2022-09-28

Mədəni Siyasətlər və Dayanıqlı İnkişafa dair Dünya Konfransı (MONDIACULT 2022) öz işinə başlayıb

Sentyabrın 28-də Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı (MONDIACULT 2022) öz işinə başlayıb. Tədbirə 115 ölkədən yüksək səviyyəli olmaqla, ümumilikdə 160 ölkədən nümayəndə heyəti qatılıb. Üç gün ərzində davam edəcək konfrans çərçivəsində iştirakçılar "İrs və Mədəni müxtəliflik böhran dövründə", "Yenilənmiş və gücləndirilmiş mədəniyyət siyasəti", "Mədəniyyət dayanıqlı inkişaf üçün", "Yaradıcı iqtisadiyyatın gələcəyi" mövzularında müzakirələr aparacaq. Ölkəmizi bu tədbirdə nazir Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

A.Kərimovun "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusunda çıxışı, habelə bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

Arxiv üzrə axtarış