2022-10-10

Parisdə UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası işə başlayıb

10 oktyabr 2022-ci il tarixində UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyasının plenar iclasları öz işinə başlayıb.

İclasın açılış mərasimində Qananın prezidenti Nana Akufo-Addo çıxış edərək, UNESCO-nun dünyada təhsil və mədəniyyət sahəsində gördüyü işləri təqdir edib.

Daha sonra 214-cü sessiyadan sonra həyatını itirmiş UNESCO ilə bağlı olan həmkarların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sessiyanın gündəliyi dəyişiklik olmadan təsdiqlənib.

UNESCO-nun Baş direktoru Odri Azule keçən dövr ərzində UNESCO-nun mandatına uyğun olaraq dünyada görülən işlərdən, keçirilən tədbirlərdən danışaraq, kollektiv məsuliyyətin mühümlüyünə toxunub.

Sonra isə ölkələrin milli çıxışları dinlənilib. Plenar iclasın ilk günündə 28 İcraiyyə Şurası üzv ölkələri, o cümlədən Azərbaycan milli bəyanatla çıxış edəcək.

Arxiv üzrə axtarış