2022-10-11

UNESCO-nun sessiyasında Azərbaycan Qoşulmama Hərəkatı adından bəyanat səsləndirib

UNESCO-nun 215-ci sessiyası zamanı Azərbaycan tərəfindən sədr qismində Qoşulmama Hərəkatı UNESCO/Paris bölməsi adından bəyanat səsləndirilib.

Bəyanatda yarandığı gündən QH-nın qlobal sülh gündəliyinin, ədalətin və həmrəyliyin inkişafında tarixi rol oynadığı bildirilib.

BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq qurum olaraq, müxtəlif tarixi, siyasi və mədəni mənşəli 120 ölkəni birləşdirən Hərəkatın multilateralizmin həqiqi nümunəsi hesab olunduğu söylənilib.

QH cari ilin sentyabr ayında təşkil olunmuş Təhsilin Transformasiyası Sammiti və MONDIACULT Konfransını təqdir edərək, UNESCO-nu Afrika, gender bərabərliyi kimi qlobal prioritetləri üzrə səylərini, habelə kiçik ada inkişaf etməkdə olan dövlət və gənclərə prioritet yanaşmanı davam etdirməyə çağırıb.

Rasizmin bütün növlərini qınayaraq, QH Ölkələrin mədəni mülkiyyətinin qanunsuz idxalı, ixracı və qanunsuz olaraq ölkədən çıxarılmasının qadağan edilməsi və qarşısının alınması üzrə 1970-ci il Konvensiyasının müddəalarının tətbiq olunmamasından və qızların təhsili ilə bağlı mövcud olan çətinliklərdən ciddi narahatlığını ifadə edərək, Fələstində Dünya İrs Abidələrinə və təhsil sisteminə olan hücumları pisləyib. 

 

Arxiv üzrə axtarış