2022-12-16

Azərbaycan UNESCO Komitəsinin sədr müavini vəzifəsinə seçilib

15 dekabr 2022-ci il tarixində UNESCO-nun Baş qərargahında UNESCO-nun Silahlı münaqişə zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 17-ci Sessiyası öz işinə başlayıb.

Azərbaycan sessiyada ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi və AR Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi səviyyəsində təmsil olunur.

Sessiyanın açılış günündə Komitənin bürosunun formalaşdırılması məsələsi müzakirə edilmişdir. Yekdilliklə qəbul edilmiş qərara əsasən, Azərbaycan Komitənin sədr müavini vəzifəsinə seçilmişdir.

2 gün davam edəcək Sessiya zamanı Katibliyin mədəni irsin qorunması istiqamətində gördüyü işlərin hesabatı dinləniləcək, 1954-cü il Haaqa Konvensiyası və onun 2 Protokolunun UNESCO-nun digər Konvensiyaları ilə sinerjisi, Konvensiyanın həyata keçirilməsi ilə bağlı resursların səfərbər edilməsi və digər bir sıra mühüm məsələlər müzakirə olunacaqdır.

 

 

 

Arxiv üzrə axtarış