2024-06-13

UNESCO-nun mənzil-qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyasına Tərəf Ölkələrin 10-cu sessiyası öz işinə başlayıb

 

2024-cü ilin 11-12 iyun tarixlərində UNESCO-nun mənzil-qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyasına Tərəf Ölkələrin 10-cu sessiyası öz işinə başlamışdır.

Sessiyada ölkəmiz UNESCO yanında Daimi Nümayəndəlik tərəfindən təmsil olunur.

Sessiyanın ilk günü Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkəmizin milli bəyanatını səsləndirmişdir. Çıxışında Daimi nümayəndə Azərabycanın Konvensiyanın dəyər və prinsiplərinə sadiqliyini ifadə edərək, bu səpkidə ölkəmiz tərəfindən hər zaman bacarığın artırılması proqramlarına dəstək verdiyini və bu xüsusda Kamerundakı qaçqın düşərgəsində fövqəladə hallarda, o cümlədən silahlı münaqişələr, köçkünlər və təbii fəlakətlər zamanı qeyri-maddi mədəni irsin qorunması üçün yeni potensialın gücləndirilməsi materiallarının hazırlanmasına töhfə verdiyini bildirmişdir.

Daha sonra, Ermənistan tərəfindən maddi və qeyri-maddi mədəni irsimizin dağıdılmasına toxunan E.Abdullayev, 30 il ərzində torpaqlarımızın işğalı dövründə Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin dağıldığını sessiya iştirakçılarının diqqətinə çatdırmışdır. E.Abullayev Ermənistanın işğalı nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimizin Çovqan, xalçaçılıq və muğam kimi qeyri-maddi mədəni irslərini öz doğma yurdlarında həyata keçirmək hüququndan məhrum edildiyini  bildirmişdir.

Qarabağ regionunda mədəni həyatın yenidən canlanmasını diqqətə çatdıran Daimi nümayəndə, mədəniyyət müəssisələrinin yenidən fəaliyyətə başlaması, mədəni irsimizin bərpası və qorunub saxlanmasında mühüm mərhələ olduğunu vurğulamışdır.

Səfir, Şuşa şəhərində hər il keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalını,  2024-cü ildə bu festivalın Şuşanın “İslam Dünyasının Mədəniyyət Paytaxtı” kimi açılış mərasimi ilə üst-üstə düşdüyünü, ötən il Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının keçirilməsini misal çəkərək, bu tədbirlərin qeyri-maddi mədəni irsin qorunması və təbliği məsələsində önəmli tədbirlər olduğunu bildirmişdir. Sonda daimi nümayəndə COP29-a ev sahibliyi edən ölkə olaraq, iqlim dəyişikliyinin qeyri-maddi mədəni irsə təsiri mövzusunun Azərbaycan üçün önəmli mövzulardan biri olduğunu bildirmişdir. 

Arxiv üzrə axtarış