UNESCO-nun iclasında ilk dəfə daimi nümayəndələr milli geyimdə iştirak ediblər
UNESCO-nun İcraiyyə Şurasının 219-cu sessiyası çərçivəsində 27 mart - Ənənəvi Geyim Günü qeyd edilib.
Azərbaycanın UNESCO yanında Daimi nümayəndəliyinin üzvləri Şuranın son iclasına milli geyimlərdə qatılıblar. Milli geyimlərimiz zərifliyi, incəliyi, eləcə də milli bəzəkləri ilə diqqəti cəlb edib.
Qeyd edək ki, bu təşəbbüs İndoneziya və Polşanın UNESCO yanında Daimi nümayəndəlikləri tərəfindən ortaq mədəni müxtəlifliyi və irsi, eləcə də qarşılıqlı anlaşmanın təbliği və təşviqi məqsədilə irəli sürülüb. Bu təşəbbüs digər üzv dövlətlər tərəfindən rəğbətlə qarşılanıb. Bu səbəbdən də UNESCO-nun iclasında ilk dəfə daimi nümayəndələr milli geyimdə iştirak ediblər.