Azərbaycan UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib.
Azərbaycan UNESCO Baş Konfransının 42-ci sessiyası çərçivəsində 110 səslə UNESCO-nun İnsan və Biosfer (MAB) proqramının 2023-2027-ci illər üçün Beynəlxalq Əlaqələndirmə Şurasına üzv seçilib.
UNESCO-nun İnsan və Biosfer (MAB) proqramı bioloji müxtəlifliyin qorunmasına, bioloji müxtəlifliyin komponentlərinin insanlar və yerli icmalar tərəfindən dayanıqlı inkişaf üçün təşviq olunmasına əsaslanır. Təbiətdən insanların davamlı, dayanıqlı istifadəsini təşviq etmək, biosfer rezervatlarının yaradılması və bu rezervatlar daxilində yaşayan icmalara dəstək, onların təbiətdən istifadə etməsi ilə bağlı alətlərin təqdim olunması əsas istiqamətlər hesab olunur.
Həmçinin, ölkəmizdəki Universitetlər vasitəsi ilə bilik və bacarıqların artırılmasına, gələcəkdə Azərbaycanın UNESCO ilə əməkdaşlığına müsbət təsir göstərəcəkdir.