2025-05-14

UNESCO-nun Mənzil-Qərargahında Beynəlxalq Frankofoniya Günü münasibətilə təşkil olunmuş tədbirdə Azərbaycan mədəniyyəti təqdim olunub

13 may tarixində UNESCO-nun Parisdəki mənzil-qərargahında Beynəlxalq Frankofoniya Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə UNESCO-ya üzv olan 30-a yaxın ölkənin nümayəndələri iştirak etmişdir. Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi tədbirdə iştirak etmişdir.
Frankofoniya tədbiri çərçivəsində qonaqlara müxtəlif ölkələrin mədəniyyət nümunələri təqdim olunmuş, musiqi və milli mətbəx nümunələri nümayiş etdirilmişdir. Azərbaycanı təmsil edən fleyta ustası Ağarəhim Quliyev və violonçel ifaçısı Laura Volpato tərəfindən “Ay Laçın” və “Küçələrə su səpmişəm” adlı Azərbaycan xalq mahnıları səsləndirilmiş, iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanmışdır.
Bundan əlavə, tədbir çərçivəsində ölkəmizin zəngin kulinariya irsini nümayiş etdirən ənənəvi təamlar – paxlava, şəkərbura, dolma və qutab ziyarətçilərə təqdim olunub.
 
 
 

Arxiv üzrə axtarış