Lənkəran “Qastronomiya” nominasiyası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olub
Azərbaycanın qastronomiya paytaxtı Lənkəran şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər Şəbəkəsi”nə daxil edilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və AR-in UNESCO yanında Daimi Nümayəndəliyinin səyləri nəticəsində Lənkəran şəhəri Şəbəkənin “Qastronomiya” nominasiyası üzrə Yaradıcı Şəhərlər Şəbəkəsinə salınıb.
UNESCO-nun Baş direktoru Odre Azulenin qərarı ilə “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə yeni 49 şəhər daxil edilib.
Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradıb və yeni siyahı şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.
2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi nominasiya üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi.
Şəbəkəyə davamlı şəhər strategiyasını inkişaf etdirmək üçün mədəniyyət və yaradıcılığa – sənətkarlıq və xalq sənəti, dizayn, kino, qastronomiya, ədəbiyyat, media sənəti və musiqiyə sərmayə qoyan 90 ölkəni əhatə edən 295 şəhər daxildir.
2021-ci il Dünya Şəhərlər Günü münasibətilə UNESCO-nun Şəhərlər Platforması tərəfindən Azərbaycanın Lənkəran şəhəri “qastronomiya” nominasiyası üzrə Yaradıcı Şəhərlər sırasına daxil olub. Bu, Azərbaycanın Yaradıcı Şəhərlər Şəbəkəsində Bakı və Şəkidən sonra 3-cü şəhəridir.