2021-11-23

UNESCO-nun mənzil-qərargahında qurumun 75 illiyi qeyd edilib

İkinci Dünya müharibəsinin səbəb olduğu mənəvi və maddi dağıntıları aradan qaldırmaq, bəşəriyyətin intellektual və mənəvi həmrəyliyi əsasında sülhün bərpası məqsədilə 75 il əvvəl UNESCO-nun yaradılmasının ildönümü Baş Konfransın 41-ci sessiyası çərçivəsində Parisdə qurumun mənzil-qərargahında təntənə ilə qeyd edilib.

Tədbirdə bir çox ölkələrin dövlət və hökumət başçıları, qurumda akkreditə olunmuş daimi nümayəndəliklərin rəhbərləri, diplomatlar iştirak ediblər.

Azərbaycanı 41-ci sessiyada xarici işlər nazirinin müavini Elnur Məmmədov, UNESCO üzrə milli komissiyanın Baş katibi Seymur Fətəliyev, qurumdakı daimi nümayəndəliyimizin rəhbəri, səfir Elman Abdullayev, diplomatlar təmsil ediblər.

Tədbirdə qurumun Baş direktoru, sülh və barışıq üçün UNESCO xüsusi nümayəndəsi, şənliyə qatılan dövlət və hökumət başçıları çıxış edərək qurumun keçdiyi fəaliyyət yollarından söz açıblar.

Tədbir tanınmış mədəniyyət nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.

 

Arxiv üzrə axtarış