2022-07-29

UNESCO Baş katibi müavini təşəkkür məktubu ünvanlayıb

UNESCO Baş katibinin təhsil məsələləri üzrə müavini Stefania Giannini Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris, qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubluya Beynəlxalq Ekspert Qrupunda səmərəli fəaliyyətinə görə təşəkkür məktubu ünvanlayıb. Məktub şöbə müdirinə UNESCO Beynəlxalq Anlaşma, Əməkdaşlıq və Sülh üçün Təhsil, İnsan Hüquqları və Əsas Azadlıqlarla bağlı Təhsil üzrə 1974-cü il Tövsiyə sənədinin yenidən nəzərdən keçirilməsi məqsədilə yaradılan Beynəlxalq Ekspert Qrupundakı səmərəli fəaliyyətinə görə göndərilib.

Qeyd edək ki, təhsil sahəsində 15 ildən artıq təcrübəsi olan, müvafiq hüquqi sənədlərin hazırlanmasında iştirak edən ekspertlər Beynəlxalq Ekspert Qrupuna seçilib. Ekspert Qrupu tərəfindən yenidən nəzərdən keçirilən və hazırlanan 1974-cü il Tövsiyəsinin 2023-cü ildə keçiriləcək UNESCO Baş Konfransının 43-cü sessiyasında qəbul edilməsi planlaşdırılır. 

Arxiv üzrə axtarış