2022-10-19

Bakı prosesinə həsr olunmuş qərar layihəsi UNESCO-da yekdilliklə qəbul olunub

Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilmişdir. 

Qərar layihəsinə 41 ölkə ko-sponsor kimi qoşulmuşdur.

Qərar layihəsinin təqdimatı zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev 2008-ci ildən başlanılmış təşəbbüsün dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olduğunu qeyd etmiş, bununla bağlı BMT BA-nın qətnaməsi və BMT Baş katibinin hesabatına istinad etmişdir.

UNESCO, ISESCO kimi beynəlxalq təşkilatların tərəfdaş olduğu Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna indiyə kimi 135 ölkədən 1500 yaxın iştirakçının cəlb olunduğu nəzərə çatdırılmışdır.    

UNESCO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsini hərtərəfli bloklamağa çalışsa da, gərgin müzakirələr nəticəsində qərar layihəsi yekdilliklə təsdiq edilmişdir.

Dünya Forumunun əsas məqsədi bütün dünyada insanlar üçün mədəniyyətlərarası və dinlərarası dialoq haqqında danışmaq, ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq üçün platforma yaratmaqdır.

Arxiv üzrə axtarış