2022-10-20

Azərbaycanın nümayəndəsi UNESCO-nun Apelyasiya Şurasının alternativ sədri seçilib

UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyasının sonuncu günündə UNESCO Apelyasiya Şurasının alternativ sədri vəzifəsinə seçkilər keçirilib.

Seçkilərdə Azərbaycanın təqdim etdiyi namizəd Ruhiyyə İsayeva İŞ-nın üzvlərinin səsinin çoxunu əldə edərək, qalib gəlib.

Bununla da ilk dəfə olaraq, Azərbaycan UNESCO-nun Apelyasiya Şurasının alternativ sədri seçilib.

UNESCO-nun Apelyasiya Şurası UNESCO-nun İşçi Qaydaları çərçivəsində işçi heyətin inzibati qərara və ya intizam tənbehi tədbirinə qarşı verdiyi şikayətlər üzrə tövsiyə vermək üçün Baş direktor tərəfindən yaradılmış inzibati orqandır.

Arxiv üzrə axtarış