2022-10-28

Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalanıb

Oktyabrın 27-28-də Paris şəhərində UNESCO baş qərargahında Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) növbəti sessiyası keçirilib.

Sessiya çərçivəsində, oktyabrın 28-də nazir Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) Bakıda keçirilməsi ilə bağlı komitə üzvlərinə Azərbaycana dair təqdimatla çıxış edib. Sonra Azərbaycan Hökuməti ilə UNESCO arasında MINEPS VII konfransının 2023-cü ilin martın 14-17-də Bakı şəhərində keçirilməsinə dair ev sahibi müqaviləsi imzalanıb.

Müqaviləni Azərbaycan Hökuməti adından gənclər və idman naziri Fərid Qayıbov, UNESCO tərəfindən isə Baş direktorun Sosial və Humanitar Elmlər üzrə müavini Qabriyela Ramos imzalayıblar.

Arxiv üzrə axtarış