2022-11-14

Elm və təhsil naziri Özbəkistanda UNESCO-nun tədbirində iştirak edir

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən "Erkən uşaqlıq dövründə qayğı və təhsil" beynəlxalq konfransında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Müxtəlif ölkələrdən 1500-dən çox iştirakçının cəlb olunduğu tədbirin məqsədi məktəbəqədər təhsilin əhatəliliyinin təmin edilməsi və erkən uşaqlıq təhsilinin inkişafı istiqamətində təşkilata üzv dövlətlərin təcrübə mübadiləsinin aparılmasıdır.

Konfrans çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin yüksək səviyyəli sessiyada iştirakı, UNESCO rəhbərliyi, eləcə də Özbəkistanın təhsil siyasətini həyata keçirən müvafiq dövlət qurumları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Arxiv üzrə axtarış